Türkiyә mәtbuatı, 22 fevral 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1782583
Türkiyә mәtbuatı, 22 fevral 2022

"Hürriyet": Prezident Ərdoğan Seneqalla yeni ticarət hədəfini açıqladı

Prezident Rəcəb Tayyib Ərdoğan Dakarda keçirilən Seneqal-Türkiyə İş Forumunda etdiyi çıxışda Seneqalla ticarət hədəfini açıqladı. "Cənab prezidentlə 400 milyon ticarət həcmi hədəfimizə çatdıq. İndi hədəfimiz 1 milyard dollardır. İnanıram ki, ortaq səylərimizlə qısa zamanda bu rəqəmə çatacağıq", - Ərdoğan bildirib.

"Sabah": Şentop: "Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi davam etdiririk"

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop rəsmi səfərdə olduğu Gürcüstanda “Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyimizi davam etdiririk. Hər platformada bu məsələ ilə bağlı mövqeyimizi vurğulayırıq” deyib.

"Habertürk": Türkiyə PUA-da xaricə asılılıqdan xilas oldu

"Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar, "Türkiyə PUA-larla əlaqədar xaricə asılılıqdan xilas oldu, pilotsuz uçuş aparatları dünyanın ən yaxşısıdır" deyib. S. Bayraktar Türkiyənin PUA sahəsində dünyada ilk üçlükdə olduğunu vurğulayıb.

"Star": Yanvarda Türkiyəyə gələn əcnəbilərin sayı 1 milyonu keçdi

Bu ilin yanvar ayında Türkiyəni ziyarət edən xarici turist sayı əvvəlki ilə nisbətən 150 faiz artaraq 1 milyon 281 min 666 nəfər təşkil edib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin ilk ayında Türkiyəyə gələn turistlər arasında 134 min 215 nəfərlə Rusiya vətəndaşları çoxluq təşkil edib.

Türkiyəyə ən çox ziyarətçi göndərən Avropa ölkəsi isə 102 min 572 nəfərlə Almaniya olub.

"Yeni Şafak": THY rekord uçuş planlaşdırır

Türk Hava Yolları (THY) gələn yay Antalya, Dalaman, Bodrum-Milas və İzmirdən 29 ölkənin 47 şəhərinə həftəlik 388 birbaşa uçuş həyata keçirəcək və Türkiyəni bölgənin turizm mərkəzi mövqeyinə çevirəcək.



Әlaqәli Xәbәrlәr