Türkiyә mәtbuatı, 18 fevral 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1780738
Türkiyә mәtbuatı, 18 fevral 2022

"Star": Ərdoğan Avstriyadakı Beynəlxalq Demokratlar Birliyinin rəhbərlərinə müraciət etdi: "Siyasi əlaqələri çox fərqli şəkildə inkişaf etdirəcəyik”

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Beynəlxalq Demokratlar Birliyinin (UID) Avstriyadakı nümayəndələrinə telefonla müraciət edib. Ərdoğan çıxışında "Yüksək səviyyəli siyasi əlaqələri çox fərqli şəkildə inkişaf etdirəcəyik' dedi. 

"Haber Türk": Türkiyə heyəti İsrail Prezident Aparatı və Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdü

Prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın da daxil olduğu nümayəndə heyəti dünən İsrail Prezident və Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb. Görüşlərdə İsrail prezidenti İsaak Hersoqun Türkiyəyə səfərinə hazırlıq, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

"vatan": Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri  Altun: "Türkiyə NATO-nun geosiyasi gələcəyinin mərkəzindəki bir ölkədir”

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Altun Fahrettin Altun bildirib ki, Türkiyə NATO-nun geosiyasi gələcəyinin mərkəzində duran bir ölkədir. Altun dünən verdiyi açıqlamada "Türkiyə ikiqütblü və ya çoxqütblü dünyanın ehtiyacları üçün deyil, beynəlxalq sistemdə təhlükəsizlik və sabitliyin simvolu olması vacib olduğu üçün NATO-nun bir hissəsidir" dedi.

"Hürriyet": THY uçuş təhlükəsizliyində ən uğurlu hava yollarından biridir

Türk Hava Yolları (THY) Avropa Mülki Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) həyata keçirdiyi SAFA (Xarici Təyyarə Təhlükəsizliyi Təftişləri) proqramı çərçivəsində uçuş təhlükəsizliyində Avropanın ən uğurlu aviaşirkətləri arasında yerini aldı.

"Yeni Şafak": “BAHA" gəlir

Türkiyə Bulud Altı Pilotsuz Uçuş Aparatı (BAHA) üçün fəliyyətləri sürətləndirib. Bir çox müxtəlif vəzifələrdə istifadə oluna bilən yerli BAHA-ların ixrac potensialının da yüksək olduğu bildirilir.
Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.



Әlaqәli Xәbәrlәr