Türkiyә mәtbuatı: 17 fevral 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1780078
Türkiyә mәtbuatı: 17 fevral 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Haber Türk’’: Rәcәb Tayyib Әrdoğan: ‘‘Türkiyә iqtisadi cәhәtdәn inkişaf etmiş ölkәlәr sırasına daxil olacaq’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan yeni növ koronavirus epidemiyası  dövründә Türkiyәnin fәrqli siyasәt yürüdәrәk istehsalı vә fәrdlәri dәstәklәdiyini bildirib. Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Bu prosesdә ixrac, investisiya, mәşğulluq, istehsal ilә bağlı iqtisadiyyat proqramımızı qәtiyyәtlә hәyata keçirdik. Mәşğulluq vә ixracda rekordlara imza atdıq’’.

‘‘Hürriyet’’: Mövlud Çavuşoğlu: ‘‘Rusiya vә Ukrayna arasındakı görüşlәrә ev sahibliyi etmәyә hazırıq’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Rusiya vә Ukrayna xarici işlәr nazirlәri ilә ayrı-ayrılıqda telefon әlaqәsi saxlayıb.Telefon danışıqlarında Rusiya ilә Ukrayna arasındakı gәrginlik müzakirә olunub. Mövlud Çavuşoğlu söhbәt zamanı Türkiyәnin Rusiya ilә Ukrayna arasında keçirilәcәk görüşlәrә ev sahibliyi etmәyә hazır olduğunu deyib.

‘‘Sabah’’: Birlәşmiş Әrәb Әmirliklәrinin Türkiyәdәki investisiya planı

Birlәşmiş Әrәb Әmirliklәrinin Türkiyә iqtisadiyyatına yatıracağı sәrmayәnin marşrutu bәlli olub. Mәlumata әsasәn, Birlәşmş Әrәb Әmirliklәri ilk olaraq müdafiә sәnayesi sektoruna sәrmayә yatıracaq.Birlәşmiş Әrәb Әmirliklәri hәmçinin kənd təsərrüfatı, enerji, qida və informasiya sektorlarına da sərmayə yatırmağı planlaşdırır.

‘‘Yeni Şafak’’: Qara dәnizdә kәşf edilәn tәbii qaz 2023-cü ilin ilk rübündә evlәri isitmәyә başlayacaq

Türkiyә Qara dәnizdә indiyәdәk 540 milyard kubmetr tәbii qaz kәşf edib. Bu, 25 il әrzindә  tәbii qaz ehtiyacının ödәnilmәsi mәnasına gәlir. Mәlumata әsasәn, 2023-cü ilin ilk rübündә evlәr Qara dәnizdә kәş edilәn tәbii qazla isinәcәk.

‘‘Star’’: Әziz Sancar deyib : ‘‘Türkiyәdә mәnә göstәrilәn sevgi 10 Nobel mükafatından da әhәmiyyәtlidir’’

Nobel mükafatı laureatı, türkiyәli alim, professor Әziz Sancar Türkiyәnin göstәrdiyi sevginin 10 Nobel mükafatından daha әhәmiyyәtli olduğunu ifadә edib. Әziz Sancar deyib: ‘’85 milyon insan mәnim Türkiyәni sevdiyimi, Türkiyәyә xidmәt etdiyimi, Türkiyәyә dәyәr verdiyimi vә etdiklәrimi Türkiyәnin müvәffәqiyyәti olaraq gördüyümü bilir’’.



Әlaqәli Xәbәrlәr