Türkiyǝ mǝtbuatı, 8 fevral 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1775590
Türkiyǝ mǝtbuatı, 8 fevral 2022

"HaberTürk": Prezident Ərdoğan Əl Nahyanla görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Əbu Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə telefonla danışdı. Nahyan yeni növ koronavirus (Covid-19) testinin müsbət çıxması ilə əlaqədar Ərdoğana şəfa diləklərini çatdırdı.

"Sabah": Çavuşoğlundan İsrail açıqlaması

Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən verdiyi açıqlamada, “İsrail ilə əlaqələrimizdə atılacaq heç bir addım Fələstin məsələsindəki mövqeyimizi dəyişməyəcək. Bununla bağlı mövqeyimiz həmişə aydındır” dedi.

"Hürriyet": Selçuk Bayraktar hədəfi açıqladı

"Baykar" şirkətinin müdafiə texniki üzrə müdiri Selçuk Bayraktar "Bayraktar BT-2" və "PUA"-ların saxlanması və istismarı ilə yanaşı, Azərbaycanda yüksək texnologiyanı inkişaf etdirəcək bir təşəbbüslə çıxış etməyi planlaşdırdıqlarını bildirdi.

"Star": Türkiyənin Aya göndərəcəyi pilotsuz kosmik gəmi istehsal mərhələsindədir

Türkiyə Kosmik Agentliyinin (TUA) sədri Serdar Hüseyn Yıldırım dünən verdiyi açıqlamada "Bizi 2 ildən sonra Aya aparacaq pilotsuz vasitə istehsal mərhələsindədir" dedi.

"Yeni Şafak": Türkiyənin kənd təsərrüfatı məhsulları dörd qitədə bir milyarda yaxın insana çatdırılacaq

Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyənin ixrac məhsulları və sektorları haqqında dünya səviyyəsində məlumatı artırmaq üçün "BBC World News" ilə əməkdaşlıq edib. Əməkdaşlıq çərçivəsində "BBC World News" komandaları 3 sənədli film hazırlayıb. Türkiyənin ixrac məhsulları "BBC"-nin 4 qitədə 1 milyarda yaxın tamaşaçısına filmlər vasitəsilə tanıdılır.



Әlaqәli Xәbәrlәr