Türkiyә mәtbuatı: 27 yanvar 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1768973
Türkiyә mәtbuatı: 27 yanvar 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Habertürk’’: ‘‘Putin vә Zelenskini Türkiyәyә dәvәt edә bilәrik’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan özәl televiziya kanallarından birinә müsahibә verib. Rәcәb Tayyib Әrdoğan müsahibә zamanı bildirib ki, Rusiya vә Ukrayna arasındakı gәrginliyin yeni bir böhrana çevrilmәsini istәmirik. Bunun üçün әlimizdәn gәlәni etmәyә hazır olduğumuzu söylәyirik. Mən bu mesajları Putinə və Zelenskiyə çatdırdım. Düşünürəm ki, hər iki ölkə Türkiyənin səmimiyyətindən və bizim xoş niyyətimizdən xəbərdardır. İki ölkənin liderini Türkiyədə qəbul edib, sülh yolunu aça bilərik.

‘‘Yeni Şafak’’: Fәxrәddin Altun: ‘‘500 min suriyalı ölkәsinә geri qayıtdı’’

Türkiyә Prezident Aparatının İctimaiyyәtlә Әlaqәlәr Departamentinin rәhbәri Fәxrәddin Altun Türkiyәnin bölgәnin sülh, tәhlükәsizlik vә sabitliyinә öz töhvәsini verdiyini ifadә edib. Fәxrәddin Altun qeyd edib ki, indiyәdәk 500 mindәn çox suriyalı Türkiyәnin sәylәri ilә ölkәlәrinә geri qayıdıb.

‘‘Sabah’’: Türk hәkiminin hәyәcanverici araşdırması

Amerika Birlәşmiş Ştatlarının Konnektikud ştatındakı Cekson Laboretoriya İnstitutunun professoru Dәrya Unutmaz yeni növ koronavirusun (Covid-19) bütün variantlarına qarşı effektiv ola bilәcәk müalicə üsulu ilә bağlı araşdırmalar apardıqlarını vә nәticәlәrinin müsbәt olduğunu qeyd edib.

‘‘Hürriyet’’: Türkiyә elektrikli avtomobil istehsalçıların diqqәt mәrkәzindәdir

2021-ci ildә Türkiyәnin elektrikli avtomobil bazarı 237 faiz inkişaf edib. Belәliklә Türkiyә elektrikli avtomobil istehsalçılarının diqqәtini cәlb edib. ‘‘Tesla’’, ‘‘MG’’ vә ‘‘Jaguar’’ kimi qlobal liderlәr Türkiyә bazarına daxil olub.

‘‘Star’’: Türkiyәnin ‘‘Grizu-263A’’ peyki ilә bağlı film çәkilәcәk

Yanvarın 13-dә kosmosa buraxılan vә Türkiyənin Zonquldak şәhәrinin  Bülent Ecevit Universitetinin mühəndislik fakültəsi tələbələrindən ibarət kosmos komandası tәrәfindәn hazırlana ‘‘Grizu-263A’’ peyki ilә bağlı film çәkilәcәk.



Әlaqәli Xәbәrlәr