Türkiyә mәtbuatı: 19 yanvar 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1764788
Türkiyә mәtbuatı: 19 yanvar 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Vatan’’: Türkiyә beynәlxalq ictimaiyyәtә Bosniya vә Herseqovina ilә bağlı çağırış edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Serbiyanın Bosniya vә Herseqovinanın suverenliyinә vә әrazi bütövlüyünә verdiyi dәstәyin Balkan ölkәlәrinin sülh vә sabitliyi baxımdan çox әhәmiyyәtli olduğunu söylәyib. Bosniya və Herseqovinanın ərazi bütövlüyünə xələl gətirəcək addımlardan çəkinməyə çağıran Rәcәb Tayyib Ərdoğan deyib: “Bosniya və Herseqovinadakı  böhranın öhdәsindәn gәlinmәsi üçün beynəlxalq ictimaiyyət birlikdə hərəkət etməlidir”.

‘‘Haber Türk’’: Rәcәb Tayyib Әrdoğan: ‘‘Müharibәni siyasәt tarixindәn silmәk lazımdır’’

Türkiyә prezidenti Rәcәb Tayyib Ərdoğan Rusiyanın Ukraynanı işğal etmәsini realist yanaşma kimi görmədiyini bildirib. Әrdoğan deyib: “Biz bu məsələləri Rusiya prezidenti Vladimir Putinlə müzakirə etməliyik.  Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmәz. Biz artıq  müharibəni siyasət tarixindən silməliyik”.

‘‘Star’’: Rәcәb Tayyib Әrdoğan: ‘‘Neft sülh vasitəsinə çevrilsә ondan istifadə edəcəyik”

Şərqi Aralıq dənizində İsraillə əməkdaşlıq imkanlarını qiymәtlәndirәn prezident Ərdoğan deyib: “Yitzak Hersoq Türkiyəyə səfər edә bilәr. Biz siyasətçilər sülh üçün varıq. Neft sülh vasitәsinә  çevrilsə biz ondan istifadə edəcəyik. Əgər bu qarşılıqlı qazanmaq prinsipinə əsaslansa biz əlimizdən gələni edəcəyik”.

‘‘Hürriyet’’: Türkiyә iqtisadiyyatı 10 faizdәn çox inkişaf edәcәk

Türkiyәnin vitse-prezidenti Fuad Oqtay İqtisadi Koordinasiya Şurasının iclasına sәdrlik edib. İclasdan sonra yayılan bәyanatda vurğulanıb ki, 2021-ci ilin son rübü ilә bağlı açıqlanan göstəricilərin artım meylinin davam etdiyi müşahidə edilib. Bu çәrçivәdә 2021-ci ildə Ümumi Daxili Məhsulun (ÜDM) real artımının 10 faizdən çox olacağı gözlənilir.

 ‘‘Yeni Şafak’’: Türkiyә mobil oyun bazarında da dünyanın әn qabaqcıl ölkәlәrindәn biridir

Türkiyә 500-dәn çox studiyası ilә mobil oyun bazarında dünyanın әn qabaqcıl ölkәlәrindәn biridir. Türkiyәnin ‘‘Dream Games’’ mobil oyun şirkəti 2,75 milyard dollar dəyər qazanaraq dünyanın ən bahalı mobil oyun şirkətlərindən biri oldu.



Әlaqәli Xәbәrlәr