Türkiyǝ mǝtbuatı, 17 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1763503
Türkiyǝ mǝtbuatı, 17 yanvar 2022

"Sabah": Qərb mediasından etiraf! "Tək yol Türkiyə ilə əməkdaşlıqdır'"

Brüsseldə dər olunan “EU Observer” qəzetində Türkiyə ilə bağlı etiraf xarakterli məqalə yazılıb. “Türkiyə ilə Avropa İttifaqı arasında geosiyasi əməkdaşlıq zamanı” başlıqlı yazıda Türkiyənin geostrateji əhəmiyyətinə diqqət çəkilərkən, “Türkiyə ilə əməkdaşlıq yeganə yoldur” deyilib.

"Yenişafak": "Washington Post" "Bayraktar TB2"-ni manşetinə çıxardı"

ABŞ-da dərc olunan “Washington Post” qəzeti Türkiyə istehsalı olan qabaqcıl texnologiya "Bayraktar TB2"-ni manşetinə çıxarıb. "Bayraktar TB2"-nin ənənəvi hava qüvvələrinin dəyərinin sadəcə çox az hissəsi olan ölkələrə gizli/xəyalət hava gücü təklif etdiyi bildirilib. Ukraynalı hərbi ekspert “Düşmənə emosional və real təsir” ifadələrini işlədib, qəzet isə Moskvanın təşvişə düşdüyünü yazıb.

"Star": Qonşudan TOGG-a tərif dolu ifadələr

 Bütün dünyanın heyran qaldığı və təriflədiyi Türkiyənin yerli avtomobili TOGG-nun sedan modelini Yunanıstan mətbuatı da ayrıca təriflədi. Qonşu mətbuatı "Türklər Avropanı fəth etməyə hazırdır və Prezident Ərdoğan TOGG ilə arzusunu gerçəkləşdirəcək" dedi. 

"Vatan": TEKNOFEST-in elm və texnologiya küləyi Azərbaycanda əsəcək

Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST beş ildir ki, ölkə hüdudlarını aşaraq beynəlxalq miqyasda nümayişdədir. Qardaş ölkə Azərbaycanda 26-29 may tarixlərində keçiriləcək TEKNOFEST texnologiya, elm, rəqabət, həyəcan, dostluq və qardaşlıq hissləri ilə dolu bir festivala imza atacaq.

"Hürriyet": Türkiyənin oyun sektoruna pandemiya dopinqi

Türkiyə oyun inkişaf etdirməkdə dünyanın aparıcı ölkələrindən biri kimi önə çıxsa da, 2021-ci ildə ABŞ-da ən populyar 100 mobil oyununun 20 faizi Türkiyədən seçilib.



Әlaqәli Xәbәrlәr