Türkiyǝ mǝtbuatı, 14 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1762427
Türkiyǝ mǝtbuatı, 14 yanvar 2022

"Vatan": Ərdoğan: "Aİ bizim strateji prioritetimiz olaraq qalır"Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə Ankarada keçirdiyi görüşdə “Ümid edirik ki, Avropa İttifaqı 2022-ci ildə strateji miyopiyadan xilas olacaq və Türkiyə ilə əlaqələrin inkişafında daha cəsarətli davranacaq. Coğrafi, tarixi və insani baxımdan Avropa qitəsinin bir parçası olan Türkiyə Aİ tamhüquqlu üzvlük hədəfinə sadiqdir. Aİ  bizin üçün strateji prioriteti olaraq qalır" dedi.

"Habertürk": Türkiyənin ilk cib peyki "Grizu-263" kosmosa buraxıldı

Bülent Ecevit Universiteti tərəfindən hazırlanmış Türkiyənin ilk cib peyki "Grizu-263A" ABŞ-dakı "Cape Canaveral" fırlatma bazasından "SpaceX-in Falcon 9" raketi ilə uğurla kosmosa buraxıldı.

"Sabah": Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "Hello Türkiyə" kampaniyası

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ölkənin milli və beynəlxalq adının “Türkiye” kimi istifadə olunmasının beynəlxalq mediada daha effektiv şəkildə işıqlandırılması məqsədilə “Hello Türkiye” adlı kampaniyaya start verib.

"Star": Alman mediası manşetə çıxardı: Türklər böyük düşünür

Alman mediası "Focus"da Türkiyənin yerli avtomobili TOGG barədə tərifli məqalə dərc olunub. Məqalədə TOGG-un yeni dövrün simvolu olduğu vurğulanıb və Prezident Rəcəb Tayyib Ərdoğanın yerli avtomobil sənayesi üçün səy göstərdiyi bildirilib.

"Yeni Şafak": Dünyanın ilk çoxməqsədli pilotsuz döyüş təyyarəsi: "Akıncı Bayraktar"

Hərbi və müdafiə sənayesi mövzularındakı nəşriyyat "Oryx Blog" Türkiyənin 10 il ərzində əldə etdiyi müdafiə uğurunu xülasə edən məqalə yazıb. Məqalədə "Bayraktar Akıncının" çox rola sahib xüsusiyyətlərinə diqqət çəkilərək sursatlarına yenilərini əlavə etdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr