Türkiyə mətbuatı, 22 dekabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər

1750775
Türkiyə mətbuatı, 22 dekabr 2021

"Hürriyet": Prezident Ərdoğan: "Təhsil və mədəniyyət 2053-cü il vizyonumuzun əsasını təşkil edəcəkdir"

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Prezident Külliyesində keçirilən Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatları Mərasimində iştirak edib. “2053-cü il üçün baxışımızın əsasını təhsil və mədəniyyət təşkil edəcək”, - deyə Ərdoğan bildirib.

"Haber Türk": Məclis sədri Şentopun Şimali Makedoniya ilə bağlı FETÖ xəbərdarlığı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şimali Makedoniya Məclisindəki çıxışında FETÖ ilə bağlı xəbərdarlıq edərək, “Dost Şimali Makedoniyanın FETÖ-nün təkcə Türkiyə üçün deyil, həm də bütün ölkələr üçün milli təhlükəsizlik riski olduğunu nəzərə almasını diləyirik" deyib.

"Vatan": Nazir Akar Bosniya və Herseqovina Baş Qərargah rəisini qəbul etdi

Milli müdafiə naziri Hulusi Akar Bosniya və Herseqovinanın Baş Qərargah rəisi general-leytenant Senad Masoviç ilə görüşüb. Nazir H. Akar görüşdə iki ölkə arasında hərbi təlim və əməkdaşlığın daha da artırılması istiqamətində səylərin sürətləndirilməsinin zəruriliyini dilə gətirib.

"Star": Nigerin Baş naziri Mahamadou: "Terrorla mübarizədə Türkiyəyə ehtiyacımız var”

Nigerin Baş naziri Ouhoumoudou Mahamadou Nigerin terrorla mübarizədə Türkiyənin təcrübəsinə və texnika dəstəyinə ehtiyacı olduğunu bildirib. Mahamadou “Türkiyə hərbi texnika, aviasiya və pilotsuz uçuş aparatları baxımından Nigeri çox qabaqlayır. Türkiyə bir çox sahədə Nigerin terrorla mübarizəsinə töhfə verə bilər." deyib.

"Sabah": TOGG ABŞ-a gedir

Türkiyənin yerli və milli avtomobili TOGG dünya səhnəsində ilk addımını ABŞ-da atır. TOGG 5-8 yanvar tarixləri arasında Las Veqasda keçiriləcək və dünyanın ən böyük texnologiya şirkətlərinin iştirak etdiyi  İstehlakçı Elektronu Sərgisi "CES 2022"-də yer alacaq.



Әlaqәli Xәbәrlәr