Türkiyə mətbuatı, 23 noyabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olunmuş xəbərlər

1737273
Türkiyə mətbuatı, 23 noyabr 2021

“Haber Türk”: Ərdoğan: "Fürsətləri dəyərləndirmək əzmindəyik”

Prezident Rəcəb Tayyib Ərdoğan maliyyə böhranının idarə olunmasında bilik və təcrübəyə malik bir ölkə olaraq, dünyanın keçdiyi kritik dövrün açdığı fürsətlərdən istifadə etmək əzmində olduqlarını söylədi. Türkiyə ölkə əhalisinin rifahının yaxşılaşdırılması, məşğulluğun qorunması və genişlənməsi üçün əsaslı strategiyanı bundan sonra da uğurla davam etdirəcək”, - deyə Ərdoğan bildirib.

"Vatan": Türkiyənin müdafiə sənayesi Yunanıstan mətbuatında

Türkiyənin müdafiə sənayesi sahəsində atdığı addımları Yunanıstan da izləyir. Türkiyənin yerli və milli texnologiyaları Yunanıstan mətbuatında geniş yer aldıqda, rəsmi Afinanın Türkiyəyə yetişmək üçün atdığı addımlar tənqid edilib. Türkiyəni müdafiə sənayesi sahəsində tutmaq üçün ABŞ və Fransadan təyyarə və gəmi üçün sifariş verən rəsmi Afina Ankaraya çata bilməyəcəyini başa düşdü. Yunanıstan mətbuatı “Silahlanma yarışı bizi tənəzzülə uğradacaq” başlıqları ilə səsini ucaltmağa başladı.

"Yeni Şafak": Afrika ölkələri terror təşkilatlarını türk SİHA-ları ilə vuracaq

Mərakeş, Əlcəzair, Ruanda və Nigeriyadan sonra daha bir Afrika ölkəsi döyüş meydanlarında fırtına kimi əsən silahlı pilotsuz uçuş aparatı (SİHA) "Bayraktar TB2" almaq istəyir.. Niger də Türkiyənin SİHA və zirehli texnikası ilə Əl-Qaidə və DEAŞ kimi təşkilatlara qarşı mübarizə aparacaq. Nigerin Türkiyədən SİHA, təlim təyyarəsi və zirehli maşın almaq planlarının dövlət rəsmiləri tərəfindən də təsdiqləndiyi və “Türkiyə SİHA-ları ilə terror təşkilatlarını vuracağıq” dedikləri öyrənilib.

"Star": Somalinin Türkiyəyə olan sevgisi başqadır

Afrikanın bir çox gözəlliklərə malik bir qitə olduğunu qeyd edən “Hear Women” adlı qeyri-hökumət təşkilatının baş direktoru Deqa Salad digər ölkələrin sərmayə qoymaq üçün riskli görsə də, Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Somaliyə getməkdən imtina etmədiyini bildirib. D.Salad Türkiyədə təhsil almış somalili gənclərin iki ölkə arasında dostluq əlaqələrinin inkişafında körpü rolunu oynadığını vurğulayıb.

"Sabah": “TÜRKOVAC" peyvəndində 3-cü mərhələ min könüllü ilə tamamlanacaq

Yeni növ koronavirus (Covid-19) əleyhinə hazırlanmış yerli vaksin olan "TÜRKOVAC"-ın 3-cü mərhələsi üçün 3000 nəfər planlaşdırıldı. İndiyə qədər bunun 2/3 hissəsi tamamlanıb. Yerli peyvənddə 2022-ci ildə kütləvi istehsala başlanılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr