Türkiyə mətbuatı, 11 noyabr 2021

“Vatan”, “Hürriyet”, “Star”, “Sabah” və “Yeni Şafak” nələrdən yazır?

1732422
Türkiyə mətbuatı, 11 noyabr 2021

 

“Vatan”, Türkiyə prezidenti Ərdoğandan “Kazımiyə keçmiş olsun məktubu"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Mustafa əl-Kazıminin evinə edilən terror hücumunu ən kəskin şəkildə qınadığını bildirərək "Türkiyə cümhuriyyəti terrorla davam edən mübarizənizdə sizə olan güclü dəstəyini davam etdirməkdə qərarlıdır" deyib.

“Hürriyet”: Şentop “Türkiyə Liviyanın yanında olmağa davam edəcək" dedi

  Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da ehtiyac duyulan hər yerdə Liviya və liviyalıların yanında olmağa davam edəcək" dedi.

“Star”: Songar hərəkətə keçdi!

  Türkiyənin ilk silahlı dron sistemi “Songar” ixracata yönəlik addımlarını sürətləndirdi. “Asisguard”ın Baş direktoru Mustafa Barış Düz sözügedən mövzu ilə bağlı "İki dövlətə “Songar” satdıq. Üç başqa ölkə ilə ciddi danışıqlar getdi, imzalama mərhələsinə gəldik. Yəni əslində çox-çox tələb var" deyib.

Sabah”: “EC-Modex” Sahə Manevri ilk dəfə Türkiyədə olacaq

  Avropa İttifaqı (Aİ) Vətəndaşları Mühafizə Mexanizmi qurumu tərəfindən təşkil edilən, fəlakət və zəlzələdən sonra axtarış-xilasetmə və tibbi müdaxilə ilə bağlı “EC-Modex” Sahə Manevri ilk dəfə Türkiyədə ediləcək. Tekirdağda olacaq manevrdə Fransa, Avstriya, İspaniya, İtaliya, Bolqarıstan, Yunanıstan və Türkiyədən 1715 nəfər vəzifə icra edəcək.

“Yeni Şafak”: Türkiyə ev tekstili 180 ölkədə

  Türkiyə Ev Tekstili Sənayeçiləri və İş Adamları Dərnəyinin sədri Həsən Hüseyn Bayram 180 ölkəyə illik təxminən 3,5 milyard dollarlıq ixracatla sektorun kiloqram başı ixracat dəyərini 8 dolların üzərinə çıxararaq milli gəlirə ən çox əlavə dəyər təmin edən sektorlardan biri olduğunu söylədi.

 



Әlaqәli Xәbәrlәr