Türkiyə mətbuatı, 22 oktyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1723523
Türkiyə mətbuatı, 22 oktyabr 2021

"Hürriyet": "1 milyard 400 milyon dollarımızı elə və ya belə alacağıq”

Prezident Rəcəb Tayyib Ərdoğan Anqola, Toqo və Nigeriyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib və gündəmlə bağlı sualları cavablandırıb. Ərdoğan "1 milyard 400 min dollarımızı (F-35-lər üçün ABŞ-a ödənilən) bu və ya digər şəkildə alacağıq. Heç bir şəkildə Türkiyənin haqqının yeyilməsinə icazə verməyəcəyik" deyib.

"Yeni Şafak": Nazir Çavuşoğlunun “Swap” açıqlaması

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Cənubi Koreyanın ikitərəfli ticarətin davamlı olması üçün birlikdə fəaliyyət göstərməsinin vacibliyini ifadə edərək, "Bu məqsədlə mərkəzi banklarımız arasındakı "Swap" müqaviləsi əsasında ticarət əlaqələrimizdə milli valyutalarımızdan istifadə edə bilərik" ifadələrini işlədib.

"Haber Türk": Ticarət naziri Mehmet Muş: "Türkiyə-Afrika ticarət həcmi 25,3 milyard dollara çatıb"

Ticarət naziri Mehmet Muş Türkiyə ilə Afrika arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini ifadə edərək, "Türkiyə-Afrika ticarət həcmi 2003-cü ildəki 5,4 milyard dollardan 2020-ci ildə 25,3 milyard dollara çatıb" deyib.

"Star": Türkiyədən bölgəyə iqtisadi həmlə! Birgə bəyanat yayımlandı

Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən Ticarət Nazirliyi və Afrika Birliyi Komissiyasının (AUC) birgə təşkilçılığı ilə İstanbul Konqres Mərkəzindv keçirilən Türkiyə-Afrika 3-cü İqtisadiyyat və İş Forumu çərçivəsində birgə bəyanat yayılıb. Birgə bəyanata görə, forum özəl sektoru prioritet sahələr kimi texnologiya, turizm, kənd təsərrüfatı, enerji istehsalı, ötürücü və paylayıcı qurğular və xidmətlər, aviasiya, dənizçilik, təhsil, səhiyyə və xalis sıfır karbon emissiyalarına investisiya qoymağa təşviq edib.

"Vatan": Mardində 12 min illik məbəd gün işığına çıxarıldı

Mardinin Dargeçit rayonunda aparılan qazıntılar zamanı tapılan və yaşı 12 min il olduğu təxmin edilən məbəd tapılı. Qazıntıların aparıldığı ərazinin Göbeklitəpədən daha qədim tarixə malik olduğu təxmin edilir.



Әlaqәli Xәbәrlәr