Türkiyə mətbuatı, 28 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1711477
Türkiyə mətbuatı, 28 sentyabr 2021

"Hürriyet": Ərdoğan: "Daha ədalətli bir dünya mümkündür"

Prezident Rəcəb Tayyib Ərdoğan qlobal sistemin artıq həll yolu təqdim etməyən, ədalətsiz və bərabər olmayan quruluşunun, xüsusilə də yeni növ koronavirus (Covid-19) epidemiyası və iqlim dəyişikliyinin fəsadları ilə üzləşən dünyada daha yaxşı görünməyə başladığını söylədi. Ərdoğan "Dünya beşdən daha böyükdür" etirazıyla uzun müddətdir dilə gətirdikləri qlobal idarəetmə sistemində dəyişiklik tələbini "Daha ədalətli bir dünya mümkündür" deyərək bir addım daha irəli apardıqlarını ifadə etdi.

"Haber Türk": KKTC Prezidenti Tatar: "Yerinə yetirməyimiz vacib olan  şey kıbrıslı türklerin hüquqlarını qorumaqdır"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar "Bizim haqqımız suveren bərabərlik və tanınmadır və beləliklə irəli baxa bilərik" dedi. Tatar kıbrıslı türklərin hüquqlarını qorumaq və gələcək yolları müzakirə etmək üçün hər fürsətdən istifadə edəcəklərini söylədi.

"Yeni Şafak": Əliyev: "Qarşınızda Türkiyəni görərsiniz"

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın Ermənistanın işğalından azad edilməsinə başladığı müharibənin ilk ilində Türkiyənin böyük paya malik olduğunu bildirdi. Əliyev dedi: “Türkiyə bizim yanımızda yer alaraq, bütün dünyaya 'Müdaxilə etməyin, müdaxilə etməyin. Müdaxilə etsəniz qarşında Türkiyəni görərsiniz" şəklində mesaj verdi. Təbii ki, bu böyük bir üstünlük idi "dedi.

"Sabah": Yerli peyvənd "Turkovac" rekorda hazırlaşır

Yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanan yerli inaktiv peyvənd "Turkovac"ın üçüncü mərhələ fəaliyyətlərindən də çox müsbət nəticələr alındıqdan sonra istifadəsinin təsdiqlənməsi üçün hazırlara başlanılıb. Məqsəd, təsdiq alaraq gələn ayın sonuna qədər istehsalına başlamaqdır. İlk mərhələdə gündə 300 min vaksin istehsalı planlaşdırılır.

"Star": Türkiyənin avtomobili "TOGG"-dan maraqlı paylaşım!

Türkiyənin Otomobil Təşəbbüs Qrupu (TOGG) sosial media hesabından çox əhəmiyyətli paylaşım etdi. "TOGG" işin Gemlik zavodunda tam sürətlə davam etdiyini göstərən bir video paylaşım etdikdə, obyektin dəyişməsi isə həyəcanlandırdı. Sənaye və texnologiya naziri Mustafa Varank "2022 -ci ilin sonunda Türkiyənin avtomobilinin kütləvi istehsalının reallaşacağını görəcəyik" dedi.



Әlaqәli Xәbәrlәr