Türkiyə mətbuatı, 14 avqust 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1706126
Türkiyə mətbuatı, 14 avqust 2021

“Haber Türk”: Ərdoğan: “Türkiyəni investorlar üçün cəlbedici ölkəyə çevirdik”

Türkiyəni investorlar üçün cazibədar ölkələr arasına daxil etdiklərini ifadi edən Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin potensialına inanan və iqtisadiyyatına güvənən bütün investorların yanında olmağa davam edəcəklərini bildirdi və iqtisadi artımın davam edəcəyini vurğulayıb.

“Hürriyet”: müəllifi prezident Ərdoğan olan “Daha ədalətli bir dünya mümkündür” adlı kitab

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik, Prezident Ərdoğanın “Daha ədalətli bir dünya mümkündür” kitabının nəşr olunduğu xəbərini paylaşıb. Sözçü nəşrdə Türkiyənin rəhbərlik etdiyi siyasi və müxtəlif mövzuların təsvir edildiyinə diqqət çəkib. Kitabda Türkiyənin Birləşmiş Millətlər Təşkilatına reform təkliflərinin də şərh edildiyini bildirib.

“Yeni Şafak”: Çavuşoğlu beynəlxalq ictimaiyyətə Əfqanıstan mövzusunda çağırış edib: “Birlikdə hərəkət etməliyik”

 Xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstan Yüksək Səviyyəli Nazirlər Toplantısında çıxış edib. Əfqan xalqına humanitar yardım çatdırmağın mənəvi öhdəlik olduğunu ifadə edən Çavuşoğlu, “Ümumdünyanın Əfqanıstandakı böhrandan təsirlənəcəyini, bu səbəbdən beynəlxalq cəmiyyətin həmrəylik çərçivəsində addım atmasının əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Star”: ABŞ, Türkiyəyə Əfqanıstan ilə əlaqəli səylərinə görə təşəkkürlərini bildirib.

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Katibi Antoni Blinken, Əfqanıstanın paytaxtı Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanının yenidən açılması mövzusunda Türkiyə və Qətərlə sıx əməkdaşlıq etdiklərini və hava limanının bu gün yenidən xidmət verilməsinə töhfələrinə görə bu iki ölkəyə təşəkkür etdiklərini vurğulayıb.

“Sabah”: TEKNOFEST 2021-ə sayılı günlər qaldı

TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı 21-26 sentyabr tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək. Maraqla gözlənilən tədbirdə yeniyetmələr “Texno Macəra” layihəsi ilə çıxış edəcəklər



Әlaqәli Xәbәrlәr