Türkiyə mətbuatı, 7 sentyabr 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1703714
Türkiyə mətbuatı, 7 sentyabr 2021

"Haber Türk": "Prezident Ərdoğan bəyanat verdi

Prezident Rəcəb Tayyib Ərdoğan dünən keçirilən Nazirlər Kabinetinin toplantısından sonra verdiyi açıqlamada iqtisadiyyat sahəsindəki inkişaflara toxundu. "İqtisadiyyatımız fasiləsiz olaraq artdı. Ötən il 93,3 milyard dollar ilə bağladığımız valyuta ehtiyatlarımız 27 avqust tarixində 118 milyard dolları keçdi" dedi.

"Hürriyet": Daxili işlər nazirinin müavini Çataklı əfqan miqrant dalğasına dair bəyanat yaydı

Daxili işlər nazirinin müavini və Nazirliyin sözçüsü İsmail Çataklı dünən keçirdiyi mətbuat konfransında “Əfqanıstandan Türkiyəyə gələn qeyri-qanuni miqrant sayında əvvəlki illərlə müqayisədə bir artım, son hadisələrdən asılı olaraq anormal bir yüksəlmə, ölkəmizin sərhədlərinə gəlib çıxmış konvoylar halında yeni böyük bir köç axını hal-hazırda gündəmdə yoxdur" dedi.

"Star": Türkiyənin İspaniyaya ixracı rekord səviyyəyə çatdı

Türkiyə avqust ayında İspaniyaya reallaşdırdığı ixracında aylıq səviyyədə rekord həddə çatdı. İspaniyaya reallaşdırılan ixracat avqust ayında bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45,7 faiz artaraq 807,1 milyon dollara çatmışdır.

"Vatan": THY gündəlik 1297 uçuşla Avropada ikinci oldu

Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 30 avqust - 5 sentyabr tarixləri arasındakı hava səfərləri məlumatına görə, Türk Hava Yolları (THY) gündəlik 1.297 uçuşla Avropada ən çox uçuş edən ikinci hava yolu şirkəti oldu.

"Sabah": Burak Yılmaz Fransada ayın oyunçusu seçilib

Milli futbolçu Burak Yılmaz Fransada yenə də gündəmdədir.  36 yaşındakı Burak Yılmaz Lilldə ayın oyunçusu seçildi.



Әlaqәli Xәbәrlәr