Türkiyə mətbuatı, 6 sentyabr 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1702981
Türkiyə mətbuatı, 6 sentyabr 2021

"Sabah": Milli Müdafiə Nazirliyi 1 yanvar tarixindən etibarən 1865 terrorçu zərərsizləşdirildi

Milli Müdafiə Nazirliyinin sentyabrın 5-də yaydığı açıqlamada "Bir ay ərzində 22 daxili və sərhədyanı əməliyyat həyata keçirildi. 24 iyul 2015-ci ildən bu yana 18 455 terrorçu, cari ilin əvvəldən isə 1865 terrorçu zərərsizləşdirildi" ifadələrdən istifadə olunmuşdur.

"Hürriyet": Bu il 143 terrorçu təslim oldu

Daxili İşlər Nazirliyi sentyabrın 5-də inandırma səyləri nəticəsində separatçı terror təşkilatı PKK-dan qaçan daha 1 təşkilat üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğunu və bununla da bu il təslim olan təşkilat üzvlərinin sayının 143-ə yüksəldiyini açıqladı.

"Star": Türkiyə 8 ayda qonşularına 12,5 milyard dollar ixrac reallaşdırdı

Cari ilin yanvar-avqust dövründə Türkiyənin qonşuları Bolqarıstan, İran, İraq, Gürcüstan, Suriya və Yunanıstana ixracı bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,5 faiz artaraq 12,5 milyard dollara çıxdı.

"Haber Türk": "Flashbellek" ABŞ-dan daha bir mükafat qazandı

Derviş Zaimin rejissorluğunu etdiyi "Flashbellek" ABŞ-ın Nyu- York şəhərində təşkil edilən "New York Indepedent Cinema Awards" adlı festivalda "Ən Yaxşı Beynəlxalq Film" mükafatını qazandı.

"Vatan": Kişi voleybolçular Avropa Çempionatında 3 oyunda da qalib gəldi

Kişi voleybolçulardan ibarət Türkiyə millisi Avropa Çempionatının üçüncü oyununda Şimali Makedoniyanı 3-0 məğlub edərək üç oyunda da qalib gəldi və qrupdan çıxmağı əldə etdi.



Әlaqәli Xәbәrlәr