Türkiyə mətbuatı, 1 sentyabr 2021

“Hürriyet”, “Sabah”, “Star”, “Yeni Şafak” və “Haber Türk” nələrdən yazır?

1700625
Türkiyə mətbuatı, 1 sentyabr 2021

 

“Hürriyet”: Ərdoğandan İHA, SİHA və Akıncıya vurğu

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bir mərasimdə etdiyi çıxışında deyib: “Artıq İHA (uçan pilotsuz aparat), SİHA (silahlı pilotsuz uçan aparat) və Akıncıya sahibik. Daha qapılarda dilənçi deyilik, tam əksinə, indi hər kəs bizdən istəyir. Azərbaycanda SİHA-larımızla var idik, Libyada da. Bundan sonra kimsənin qapısında dilənçi olmayacağıq."

“Sabah”: Bir ölkə daha sıraya girdi

  Azərbaycan, Qətər, Ukrayna, Tunis və NATO ölkəsi Polşadan sonra İraq da Türkiyədən silahlı pilotsuz uçan aparatlar (SİHA) istədi. İraqın müdafiə naziri Cuma İnat “Bayraktar TB-2”, T-129 hücum vertolyot və inkişaf etmiş silahlarından satın almaq istədiklərini söylədi.

“Star”: Türkiyənin xaricə asılılığını bitirəcək kəşfdə böyük müjdə

  Türkiyə Neftləri Anonim Ortaqlığı Şirkətinin (TPAO) sosial media hesabından edilən paylaşmada yazılıb: "Sakariya Qaz Sahəsindəki Türkali-2 təsbit quyusunda 2-ci rezervuar səviyyəsində reallaşdırdığımız quyu axış testini də müvəffəqiyyətlə tamamladıq."

“Yeni Şafak”: Dünyanı gəzdi, şəfanı Türkiyə həkimlərində tapdı

  Müalicəsi üçün Almaniya, ABŞ kimi dünyanın bir çox ölkəsini gəzən skolioz xəstəsi 13 yaşlı ingilis rəqqasə Oliviya Bakli çarəni Türkiyə həkimlərində tapıb. Topladığı ianələr sayəsində İngiltərədən Türkiyəyə müalicə olunmaq üçün gələn gənc rəqqasə keçirdiyi müvəffəqiyyətli əməliyyatdan sonra əl arabası ilə girdiyi xəstəxanadan rəqs edərək çıxacaq.

“Haber Türk”: "Filenin sultanları” yarımfinalda

  "Filenin sultanları" Avropa Çempionatının dörddəbir finalında Polşanı 3-0 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi. Turnirdəki 7 matçını da qazanan ay-ulduzlular 3 sentyabrdakı yarımfinalda Serbiya-Fransa oyununun qalibiylə yarışacaq.

 



Әlaqәli Xәbәrlәr