Türkiyə mətbuatı, 31 avqust 2021

“Hürriyet”, “Yeni Şafak”, “Sabah”, “Star” və “Vatan” nələrədn yazır?

1699950
Türkiyə mətbuatı, 31 avqust 2021

 

“Hürriyet”: Ərdoğan “Türkiyə dövləti əmin əllərdədir" dedi

  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramının 99-cu ildönümündə Anıtqəbirin xatirə dəftərinə "Türkiyəni bizə çəkdiyiniz hədəflər istiqamətində parlaq bir gələcəyə aparırıq. Türkiyə cümhuriyyəti dövləti əmin əllərdədir" yazdı.

“Yeni Şafak”: Ərdoğan “Ay-Ulduz Qərargahı düşmənə qorxu, dosta güvən verəcək" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Milli Müdafiə Nazirliyi, Baş Qərargah və bütün qüvvə komandanlıqlarının bir yerə toplanacağı Ay-Ulduz Layihəsinin Təməlatma Mərasimində çıxışında deyib: "Mərkəzi bir müdafiə sistemini müştərək müdafiə sistemi edirik. Duruşu ilə düşmənə qorxu, dosta güvən verən bir qurumu yaratmış oluruq."

“Sabah”: Bayraktar Akıncı TİHA dünya gündəmində

  Türkiyə müdafiə sənayesinin təhlükəsizlik qüvvələrinin inventarına qazandırdığı pilotsuz uçan aparatlara əlavə olunan Bayraktar Akıncı Taaruzi (hücum) PUA-sı (TİHA) dünya gündəmində də böyük əks-səda yaradıb. ABŞ-ın media qurumu “Bloomberg” TİHA-nın uğuruna dair "Türkiyə hərbi həcmini yerli dronlarla qurur" başlığıyla yazdığı xəbərində Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi müstəqil duruşdan təriflə bəhs edib.

“Star”: Aİ-dən Türkiyə qərarı

  Türkiyə Mülki Aviasiya Baş İdarəsi (SHGM) ölkənin Avropa İttifaqının Rəqəmsal “Covid-19” Sertifikat Sisteminə daxil edildiyini açıqladı. Bu qərarla koronavirus peyvənd sertifikatı və etibarlı vizaya malik Türkiyə cümhuriyyəti vətəndaşları 27 Aİ ölkəsinə problemsiz səyahət edə biləcək.

“Vatan”: THY Avropada ikinci oldu

  Türkiyə Hava Yolları (THY) Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının 23-29 avqust tarixləri arasındakı məlumatlarına görə, gündəlik 1322 səfərlə Avropada ən çox uçuş icra edən ikinci hava yolu şirkəti oldu.

 



Әlaqәli Xәbәrlәr