Türkiyə mətbuatı, 24 avqust 2021

“Yeni Şafak”, “Vatan”, “Sabah”, “Hürriyet” və “Haber Türk” nələrdən yazır?

1696145
Türkiyə mətbuatı, 24 avqust 2021

 

“Yeni Şafak”: Ərdoğandan Əfqanıstan diplomatiyası: “Lazım olan hər addımı atacağıq"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandakı son proseslər və köç problemiylə bağlı gərgin diplomatik gedişlər icra edir. İki gün ərzində 6 ölkə başçısı və Avropa İttifaqı Şurasının sədri (Charles Michel) ilə telefonda danışan Ərdoğan: “Bölgəmizdə sabitliyi təmin etmək, ölkəmizi köç təzyiqinə qarşı qorumaq üçün lazım olan hər addımı atmağa davam edəcəyik”, - deyib.

“Vatan”: Ölkə başçısı Ərdoğan medallı idmançılarla görüşdü

  Türkiyə prezidenti Ərdoğan Prezident Administrasiyasında 2020 Tokio Olimpiada Oyunlarında medal qazanan milli idmançılarla axşam yeməyində bir araya gəldi. Ərdoğan ölkəni qürurla təmsil edən idmançılar və onları yetişdirən qiymətli ailələri və məşqçiləriylə bir araya gəlməkdən böyük bir qürur duyduğunu ifadə etdi.

“Sabah”: Türkiyə immiqrant düşərgəsi deyil

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik əfqanıstanlıların köçüylə əlaqədar bir sıra dövlətlərdən şərh edildiyini söyləyərək deyib: “Türkiyənin yenə mühacir alacaq gücü yoxdur. Ölkəmiz immiqrant düşərgəsi deyil. Türkiyə öz sərhədlərinə cavabdehdir”.

“Hürriyet”: İngiltərə mətbuatının yalanı çökdü

  İngiltərə mətbuatının Əfqanıstan mühacirləri üçün Türkiyədə və Pakistanda toplama düşərgələri qurulacağı xəbərinin yalan olduğu 24 saat içində ortaya çıxdı. Xəbəri yayan BBC Türkcə üzr istəyib xəbərini geri götürdü. Türkiyənin Xarici İşlər Nazirliyi “Bu günə qədər heç bir ölkədən bizə bu istiqamətdə rəsmi bir tələb gəlməyib. Olsa belə, bunu qəbul etməyimiz mümkün deyil” deyə bildirdi.

“Haber Türk”: "Filenin Sultanları” 4-ünü də 4 etdi

  Türkiyənin A Milli Qadın Voleybol Komandası Avropa Çempionatında Rumıniyanın Kaloşvar şəhərindəki BT Arenada oynanılan qarşılaşmada Finlandiyani 3-0 hesabı ilə məğlub etdi və bununla oyunların 4-ünü də 4 etdi.

 



Әlaqәli Xәbәrlәr