Türkiyə mətbuatı, 16 avqust 2021

“Hürriyet”, “Yeni Şafak”, “Vatan”, “Sabah” və “Star” nələrdən yazır?

1691669
Türkiyə mətbuatı, 16 avqust 2021

 

“Hürriyet”: Ərdoğan “Sabitlik üçün hər cür səyi göstərəcəyik" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Liman İdarəsində təşkil edilən mərasimdəki çıxışında "Əfqanıstanın tezliklə sabitliyə qovuşması üçün hər cür səyi göstərəcəyik, bu mövzuda Pakistanla da əməkdaşlıq içindəyik" deyə bildirdi.

“Yeni Şafak”: Ölkə başçısı Ərdoğan “Müdafiə sənayesində dünyanın nə üst liqasına çıxacağıq" dedi

  Türkiyə prezidenti Ərdoğan İstanbul Liman İdarəsində təşkil edilən mərasimdə Türkiyənin müdafiə sənayesində xaricə asılılığının 80-lərdən 20-lərin altına çəkildiyini "Müdafiə sənayesi sahəsində dünyanın ən üst liqasına çıxacağıq" sözlərilə ifadə edib.

“Vatan”: Türkiyə tarixə düşdü! Dünyada bir ilk!

  Türkiyənin Eskişehir Texniki Universiteti tərəfindən 2007-ci ildə alınan lisenziya sənədinə əsasən, dünyada ilk, ölkədə isə tək universitet hava lımanı adı ilə tarixə düşən Hasan Polatkan hava limanı Belçika, Almaniya, Fransa, Hollandiya ilə Həcc və Ümrə səfərləri olmaqla ildə 100 min sərnişinə xidmət edir.

“Sabah”: Türkiyə tər meyvə-tərəvəzi bu ilin ilk 7 ayında ən çox Rusiyaya satdı

  Türkiyənin yanvar-iyul dövründə etdiyi 1 milyard 638 milyon dollarlıq tər meyvə-tərəvəz ixracatının 32 faizi Rusiyaya olub. Rusiyaya 526 milyon 818 min dollarlıq ixracat edilib.

“Star”: NASA türk aliminin astronomiya şəklini seçdi

  Türkiyənin astronomiya fotoqrafı Mehmet Hakan Özsaraçın “Huble” kosmik teleskopunun çəkdiyi xam görüntünü işləyərək rənglədiyi fotoşəkil Amerika Aeronavtika və Kosmos İdarəsi - NASA tərəfindən "Dünyada günün astronomiya fotosu" seçilərək internet saytında paylaşılıb.



Әlaqәli Xәbәrlәr