Türkiyə mətbuatı, 11 avqust 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1689102
Türkiyə mətbuatı, 11 avqust 2021

"Vatan": Türkiyənin İsveçrəyə PKK reaksiyası

Xarici İşlər Nazirliyi terror təşkilatı PKK/YPG ilə əlaqəli qeyri-qanuni "Şimal və Şərqi Suriya Muxtar İdarəsinin Nümayəndəliyi" adı altında İsveçrədə bir nümayəndəliyin açılmasına çox sərt reaksiya verdi. İsveçrənin Ankaradakı Səfirliyinin müvəqqəti işlər vəkili Nazirliyə dəvət edilərək dilə gətirildi və izahat istəndi.

"Star": Yunanıstan Türkiyəyə təşəkkür etdi

Yunanıstanın xarici işlər naziri Nikos Dendias ölkəsində davam edən meşə yanğınlarına 2 yanğınsöndürən təyyarə ilə dəstək olunmasına görə həmkarı Mövlud Çavuşoğluna təşəkkür etdi.

"Yeni Şafak": İstanbul Hava Limanı 'Dünyanın Ən Yaxşıları' arasında"

Uçuş araşdırma şirkəti "Skytrax" 2021-ci ilə aid 'Dünyanın Ən Yaxşı Hava Limanları' siyahısını açıqladı. Buna görə 2020-ci ildə 102-ci yeri tutan İstanbul Hava Limanı, bir il ərzində 85 pillə yüksələrək dünyanın ən yaxşı 17-ci hava limanı olaraq qeyd edildi.

"Sabah": Antalya 7 ayda 3 milyon 396 min turist qəbul etdi

Dünyanın əhəmiyyətli turizm mərkəzlərindən biri olan və yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı sağlam və təhlükəsiz turizmin ünvanına çevrilən Antalya 7 ayda 3 milyon 396 min turisti qəbul etdi. 1 milyon 127 min 716 turistlə şəhərə ən çox turist göndərən ölkə Rusiya oldu.

"Hürriyet": Dünyanın ən böyüyü Van gölündə

Dünyanın ən böyük soda gölü olan Van gölündə yeni bir mikrobialit növü aşkar edildi. 30-40 metr uzunluğunda olan mikrobialitlərin dünyanın ən böyüyüyü olduğu bildirildi.



Әlaqәli Xәbәrlәr