Türkiyə mətbuatı, 5 avqust 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1685872
Türkiyə mətbuatı, 5 avqust 2021

"Hürriyet": Ai-yə Şimali Kıbrıs Türk Cümhuriyyəti reaksiyası: Kimlər sizi qorxudur?

Prezident Rəcəb Tayyib Ərdoğan canlı yayımda verdiyi açıqlamada İsveçrənin Cenevrə şəhərində Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Prezidenti Ersin Tatarın güclü mövqe ortaya qoyduğunu bildirərək dedi: "Mesajımızı aidiyyəti olanlara çatdırdı. İki bərabər suveren dövlət, artıq bununla bağlı heç bir güzəşt yoxdur. 50 il daha gözləmək olmaz. Nə etmək lazımdırsa, onu indi etmək lazımdır. Avropa İttifaqından səlayiyyətlilər Cənuba gələndə niyə Şimala da getmirsiniz? Kimlər qorxudur sizi? ".

"Star": F. Altun ABŞ -a sərt reaksiya göstərdi

Prezident Administrasiyanın İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın bəzi əfqanların Türkiyə daxil də olmaqla üçüncü ölkələr vasitəsi ABŞ-a köç etmək üçün müraciət edə biləcəklərinə dair "Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq" sözləri ilə reaksiya verdi.

"Yeni Şafak": Selçuk Bayraktar: "TB2" PUA üçün 10 ölkə ilə müqavilə mərhələsindəyik"

"BAYKAR" texnologiyanın rəhbəri Selçuk Bayraktar hazırda 4 ölkəyə ixrac edilən "Bayraktar TB2" PUA üçün 10 ölkə ilə müqavilə mərhələsində olduqlarını söylədi.

"Sabah": "Ukrayna "Bayraktar TB2"ni təriflədi

Ukrayna Dövlət Araşdırma İnstitutu (DNDI) "Bayraktar TB2"-lərin elektron müharibə şərtlərinə qarşı müqavimətini yoxlayan test nəticələrini dünyaya elan etdi. DNDI rəsmi açıqlamasında ""Bayraktar TB2" müxtəlif müasir elektron müharibə maneələrinin təsiri altında sınaqdan keçirildi. Buna görə də, elektron müharibədən istifadə edən müasir döyüş şəraitində "TB2"-nin döyüş qabiliyyəti əladır" ifadələrindən istifadə edilib.

"Habertürk": Cəvahirat ixracı 7 ayda 48,5 faiz artdı

İlin ilk 7 ayında Türkiyənin zərgərlik ixracı bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,5 faiz artaraq 2 milyard 916 milyon 544 min dollara çatdı. Sektorun ən çox ixrac etdiyi ölkə 454,1 milyon dollar ilə ABŞ oldu.



Әlaqәli Xәbәrlәr