Türkiyə mətbuatı 27 iyul 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1680726
Türkiyə mətbuatı 27 iyul 2021

"Hürriyet": Türkiyə yeni bir köç dalğasını öhdəsinə götürməyəcək

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Avstriya kansleri Sebastian Kurzun Türkiyənin Əfqanıstan qaçqınları üçün doğru yer olduğunu söyləməsi ilə əlaqədar olaraq, "Türkiyə bölgədən qaynaqlanan kütləvi bir köç dalğasının nəticələrinə dözməyəcək və yeni bir köç dalğasını da öhdəsinə götürməyəcəkdir. Avstriyanın beynəlxalq öhdəliklərinə və Avropa İttifaqı (Aİ) əsaslarına uyğun olaraq əfqan qaçqınlara da beynəlxalq qoruma təmin etməlidir" deyib.

"Sabah": Türkiyə Tunis xalqının yanındadır

Dünya və qondarma demokratiya havadarı ölkələr Tunisdəki demokratiyaya müdaxilə mövzusunda susaraq ikili standartlarını göstərdilər. Digər tərəfdən, Türkiyə Tunis Parlamentinin səlahiyyətlərinin dayandırıldığı xəbərini aldığı ilk dəqiqədən çevriliş cəhdini qınadı və Tunis xalqının yanında olduğu mesajını paylaşdı.

"Yeni Şafak": TRT-nin sənədli filmi tamaşaçı rekordları qırır

Fətullahçı Terror Təşkilatının (FETÖ) qaranlıq özəl quruluşunu və 15 iyul 2016-cı ildə xain çevriliş cəhdinə qədər gedən müddətdə naməlum olanlardan bəhs edən "Məhrəm" sənədli filmi TRT 1-də təqdim olundu. Cəmi 10 hissə olaraq yayımlanacaq "Məhrəm"in ilk bölmələri tamaşaçı rekordu qırarkən, "Youtube"-da yayımlanan videolara milyonlarla insan tərəfindən baxıldı.

"Haber Türk": İqtisadiyyata güvən 9 ilin zirvəsindədir

İstehsal, ixrac sifarişləri, məşğulluq və əsas kapital qoyuluşları kimi mühüm maddələrdən ibarət olan Real Sektor Güvən İndeksi iyul ayında 1,8 faiz artaraq 114,8 faiz ilə 9 ilin zirvəsinə çıxdı. Bu səviyyə; 2012-ci ilin aprelindən bəri əldə edilən ən yüksək səviyyə olub.

"Vatan": Sabiha Gökçen Hava Limanından iki gündə böyük rekord

İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı yeni bir rekord qırdı. Sabiha Gökçen 24 iyul şənbə günü 106 min 463 sərnişinə, 25 iyul bazar günü isə 110 min 420 sərnişinə xidmət göstərdi. Həftə sonu cəmi 216 min 883 sərnişinlə 2021-in ən yüksək gündəlik sərnişin statistikasına çatdı.



Әlaqәli Xәbәrlәr