Türkiyә mәtbuatı: 14 iyul 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1675025
Türkiyә mәtbuatı: 14 iyul 2021

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Çin dövlәt başçısı Si Cinpin arasında telefon danışığı olub.

Prezident Rəcəb Tayyib Ərdoğan və Çinin dövlət başçısı Si Cinpin arasında telefon danışığı olub.

Söhbət zamanı tərəflər iki ölkə arasındakı münasibətlər və regional inkişafa dair fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan telefon söhbətində cari ilin Türkiyə ilə Çin arasındakı diplomatik əlaqələrin yaranmasının 50-ci ildönümü olduğunu xatırladaraq, bu vacib ildönümünü iki ölkə arasındakı köklü dostluğa yaraşan şəkildə qeyd etmək istədiklərini söyləyib. 

İki ölkə arasında regional və qlobal iqtisadiyyat və diplomatiyanın bütün sahələrində geniş bir əməkdaşlıq potensialının olduğuna diqqət çəkən Prezident Ərdoğan Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iki ölkə arasındakı əməkdaşlığı sürətləndirəcəyini vurğulayıb.

Prezident Ərdoğan Uyğur türklərinin Çinin bərabər hüquqlu vətəndaşları olaraq firavanlıq, azadlıq və sülh içində yaşamalarının Türkiyə üçün əhəmiyyətinə diqqət çəkib və Türkiyənin Çinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini  dilə gətirib.

‘‘Hürriyet’’: Türkiyә Yunanıstana ‘‘Qalatasaray’’ komandası ilә bağlı reaksiya göstәrib

Türkiyə, Yunanistan Olympiakos futbol komandası ilə yoldaşlıq oyunu üçün Afinaya gedən "Qalatasaray" futbol komandasına qarşı sərgilənən rəftara reaksiya verib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Səfir Tanju Bilgiç jurnalistlərə mövzu ilə bağlı  açıqlamasında özünə ünvanlanan bir suala cavablandıraraq  "Qalatasaray" futbol komandasının Yunanıstan ''Olympiakos'' komandası ilə yoldaşlıq oyunu üçün 13 iyul axşamı Afinaya getdiyini xatırladıb. Tanju Bilgiç deyib: “Komandamız ölkəyə daxil olarkən oyunçulardan tələb edilən PCR testlərinin nəticələri  mənfi  olmasına baxmayaraq qəbul edilməməsi və komandanın  testlərinin yenilənməsinin  istənilməsi  yaxşı niyyət əlaməti deyil. Komandamız bu kobud rəftara haqlı reaksiya verərək ölkəyə daxil olmadan Türkiyəyə geri qayıdıb. Yunanıstanın ölkəmizin önəmli komandalarından birinə belə bir münasibətlə yanaşması bu ölkənin idman sahəsində də Türkiyəyə qarşı nə dərəcə dözümsüz olduğunun göstəricisidir''.

‘‘Vatan’’: Hulusi Akar Әfqanıstanla bağlı bәyanat verib

Milli Müdafiə Naziri Hulusi Akar Əfqanıstanın Həmid Karzai Beynəlxalq Hava Limanının istismarı ilə bağlı danışıqların qaydasında irəlilədiyini bildirib.

Hulusi Akar paytaxt Ankarada jurnalistlərə verdiyi açıqlamada bu barədə danışıb. O qeyd edib ki, hava limanının istismarı ilə bağlı  danışıqlar Türkiyənin istədiyi kimi müsbət və konstruktiv şəkildə davam edir. Biz әfqan qardaşlarımızın dincliyi və təhlükəsizliyinə böyük әhәmiyyәt  veririk. Hava limanı bağlanarsa Avropa İttifaqı, NATO üzvləri və digər ölkələr oradakı diplomatik nümayəndəliklərini çıxarmalı olacaqlar. Çünki təhlükəsizlik, rabitə və nəqliyyat olmadıqda orada qala bilməzlər.

Türkiyənin 20 ildir Əfqanıstanda döyüş vəzifəsi götürmədiyini ifadə edən nazir Akar, hava limanının sağlamlıq, təhsil və maddi-texniki baxımdan bölgədə əhəmiyyətli qapı olduğuna da diqqət çəkib.

‘‘Haber Türk’’: Nazir Varank sәnaye istehsalı indeksi ilә bağlı bәyanat verib

Türkiyәnin sәnaye vә texnologiya naziri Mustafa Varank  dünәn rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda may ayına dair sәnaye istehsalı indeksini qiymәtlәndirib.Mustafa Varank deyib: ‘‘Sәnaye istehsalı indeksi may ayında 1,3 faiz artdı’’.

‘‘Star’’: Yunanıstan qaçqınları Türkiyәyә geri qaytarır

Avropa İttifaqının daxili mәsәlәlәr üzrә komissarı Ylva Johanson Yunanıstanın qaçqınları Türkiyәyә doğru qeyri-qanuni şәkildә geri qaytardığını ifadә edәrәk bu ölkәnin Avropanın әsas dәyәrlәrini pozduğunu deyib.



Әlaqәli Xәbәrlәr