Türkiyə mətbuatı, 9 iyul 2021

“Haber Türk”, “Yeni Şafak”, “Vatan”, “Sabah” və “Star” nələrdən yazır?

1672429
Türkiyə mətbuatı, 9 iyul 2021

 

“Haber Türk”: Ərdoğan “Müdafiə sənayesində sərmayə qoymağı davam etdirəcəyik" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəni xaricə asılılıqdan tamamilə qurtarana qədər müdafiə sənayesinə sərmayə qoymağa davam edəcəklərini bildirdi: “Keçmişdə xaricə asılılığın bədəlini ödəmiş bir ölkəyik. Türkiyə müdafiə sənayesinin istehsal həcmi artacaq və inşaallah, ölkəmiz hədəflərinə daha sürətlə çatacaq”.

“Yeni Şafak”: Fuad Oqtay “Aİ humanitar böhranlarda həmişə səssiz qalıb" dedi

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkə başçısı R.T.Ərdoğanın 20 iyulda Şimali Kipr Türk Respublikasına (ŞKTR) edəcəyi səfərdən əvvəl Cənubi Kiprə gedərək hökumətə dəstək mesajı verən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von de Leyenə ünvanlanaraq bildirib: “Avropa İttifaqının bu günə qədər haqsızlığa, bərabərsizliyə, Aralıq və Egey dənizlərindəki humanitar böhranlara “əsla və əsla” dediyinə şahid olmadıq”.

“Vatan”: Akıncı TİHA tarixə düşdü: müdhiş rekord

  Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirilən Axıncı TİHA (Hücumçu pilotsuz uçan aparatı tarixi bir rekorda imza atdı. Uzun Uçuş və Yüksək Hündürlük Performans Testi üçün havaya qalxan Axıncı TİHA 38.039 fitə (11.594 metr) çıxdı. Beləcə, ilk dəfə milli olaraq inkişaf etdirilmiş bir hava vasitəsi ilə səmada bu yüksəkliyə çatılmış oldu.

“Sabah”: Türkiyə OECD ölkələri arasında sərmayələrdə ən sürətli böyüyən ölkələrdəndir

  Türkiyənin xəzinə və maliyyə naziri Lütfi Elvan London mərkəzli Türkiyə-İngiltərə Ticarət və Sənaye Palatasının sədri Alderman Emma Edhemin ev sahibliyilə təşkil edilən yığıncağa video-konfrans yolu ilə qatılaraq deyib: “İqtisadi görüntü, islahat proqramı və ölkəmizdəki sərmayə fürsətləri ilə bağlı müşavirələr keçirmişik. Türkiyə OECD ölkələri arasında sərmayələrlə ən sürətli böyüyən ölkələrdən biridir”.

“Star”: Türkiyə epidemiyadan əvvəlki dövrlərə daha sürətli dönəcək dörd ölkə arasındadır

  ABŞ-ın “JPMorgan” bankı hazırladığı hesabatda yeni tip koronavirus (Covid-19) epidemiyasından əvvəlki hərəkətlilik səviyyəsinə ən sürətli çatacaq inkişaf etməkdə olan ölkələrin adlarını açıqlayıb. Bunlar Türkiyə, Sinqapur, Hindistan və Braziliyadır.

 



Әlaqәli Xәbәrlәr