Türkiyə mətbuatı, 8 iyul 2021

“Haber Türk”, “Yeni Şafak”, “Star”, “Sabah” və “Vatan” nələrdən yazır?

1671807
Türkiyə mətbuatı, 8 iyul 2021

 

“Haber Türk”: Ərdoğan “Dünyada kimsənin bacara bilmədiyini biz reallaşdırdıq" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Kütləvi Yaşayış Evləri İdarəsi (Toplu Konut İdaresi - TOKİ) tərəfindən dünyada kimsənin bacara bilmədiyini biz reallaşdırdıq. Təxminən 200 milyard lirəlik sərmayə ilə hər zümrədən olan adamlarımızı ev sahibi etdik. Son olaraq “100 min yaşayış evi” kampaniyası başladıq, 12 minini bitirdik, 76 mininin inşası isə sürür”.

“Yeni Şafak”: “Turkovac” ardıcıl istehsala hazırdır

  Koronavirusa qarşı inkişaf etdirilən yerli peyvənd “Turkovac”ın üçüncü mərhələ işləri 500 nəfərlik qrup tərəfindən bütün sürətiylə davam edir. Türkiyə Sağlıq İnstitutları Departamentinin (TÜSEB) rəhbəri professor Erhan Akdoğan “Turkovac” üçün: “Gözümüz üçüncü mərhələdən gələcək müjdəli xəbərdədir. Bitdiyi zaman bütün infrastrukturumuz hazırdır. Peyvənd fabrikləri yüksək həcmli yerli peyvəndin istehsalına başlayacaq”, - dedi.

“Star”: “Türkiyə ilə birlikdə hərəkət etmək gücümüzə güc qatır"

  Şimali Kipr Türk Respublikasının (ŞKTR) baş naziri Ersan Saner deyib: “ŞKTR olaraq Türkiyə ilə birlikdə hərəkət etdiyimiz zaman bu coğrafiyada edə bilməyəcəyimiz heç bir şeyin olmadığına inanırıq. Başda Mavi Vətən olmaqla, türk xalqının haqq və mənfəətini qorumaq Qıbrız hökumətinin ən mühüm vəzifələri arasındadır. Ana Vətən Türkiyə ilə birlikdə hərəkət etmək gücümüzə güc qatmaqdadır”.

“Sabah”: Rusiyalılar turizmə ticarəti də əlavə etdi

  Rusiya ilə turizm özü ilə birlikdə ixracatı da gücləndirməyə başlayır. Son bir ayda minlərlə Rusiya biznezmeni Antaliyadakı sərgilərə gəlib. Builki gözlənti 50 min Rusiya iş adamının həm tətil, həm ticarət üçün Türkiyəyə gəlməsidir.

“Vatan”: Yerli avtomobil Almaniya mətbuatında

  Almaniyanın ZDF televiziya kanalı “Türkiyənin avtomobili “Tesla” və “Volkswagen”ə rəqibmi?” başlıqlı xəbərdə Türkiyənin gücünü birləşdirərək iddialı bir hədəfə doğru irəlilədiyinə diqqət çəkib, Türkiyə istehsalı olan elektrikli SUV modelinin 2022-ci ilin sonunda yollara çıxacağını bildirib.

 



Әlaqәli Xәbәrlәr