Türkiyə mətbuatı, 11 iyun 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1655888
Türkiyə mətbuatı, 11 iyun 2021

"Hürriyet": Ərdoğanın Bayden ilə görüşündə 9 başlıq

Prezident Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Cozef Bayden ilə görüşü zamanı 9 kritik mövzu gündəmdə olacaq. Üzbəüz görüş zamanı Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə konkret bir addım atılması və bölücü terror təşkilatı PKK/YPG-yə dəstəyin kəsilməsi istəniləcək. F-35 döyüş təyyarələri və S-400 hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Suriya, Liviya, Şərqi Aralıq dənizi, Dağlıq Qarabağ və 100 milyard dollarlıq ticarət hədəfi müzakirə ediləcək.

"Yeni Şafak": Bayden rəhbərliyi Türkiyəyə qarşı yeni bir düşüncə tərzi inkişaf etdirməlidir

Amerikanın "The Wall Street Journal" qəzeti ABŞ Prezidenti Cozef Bayden Administrasiyasının türk siyasətinin necə olmasının lazım olduğuna dair bir analiz dərc edib. Analizdə Türkiyənin həm ABŞ-ın ən əhəmiyyətli müttəfiqlərindən biri, həm də çətin bir ölkə olduğu ifadə edilib. Bayden rəhbərliyinin Türkiyəyə qarşı yeni bir düşüncə tərzi inkişaf etdirilməsinin təklif olunduğu məqalədə "Ankaranın xarici siyasəti daha müstəqil olmağa davam edəcək" deyilib.

"Star": “Makron: "Prezident Ərdoğanla bir-birimizi görməyə ehtiyacımız var”

Fransa Prezidenti Emmanuel Makron Prezident Ərdoğanla NATO Zirvəsi çərçivəsində görüşmək istədiklərini ifadə edərək “Bu yaxşı bir şeydir. Bir-birimizi görməyə ehtiyacımız var" deyib. Makron Prezident Ərdoğanla fikir ayrılıqlarına baxmayaraq, danışmaları və buna davam etmələrinin vacibliyini ifadə edib.

"Haber Türk": Avropa tərəfindən idxal olunan orqaniq kənd təsərrüfatı məhsullarının 7 faizi Türkiyədəndir

Türkiyə orqanik əkinçilik baxımından dünyada 18-ci yerdədir. 8 məhsulla başlayan üzvi əkinçilik fəaliyyətini keçən il Türkiyə 235 məhsula qədər artırarkən, Avropanın bu sahədə idxal etdiyi məhsulların 7 faizini ödəyir. Yeni tip koronavirus (Covid-19) şəraitinə baxmayaraq, keçən il orqanik əkinçilikdə istehsal 1,6 milyon tona çatmışdır. 

"Vətən": Ağrı' vilayətində qızıl ehtiyatları kəşf edildi

Sənaye və texnologiya naziri Mustafa Varank Ağrı vilayətinin Mollakara mahalında bazar dəyəri 1,2 milyard dollar olan 20 ton qızılın və bazar dəyəri 2,8 milyon dollar olan 3,5 ton gümüş ehtiyatının olduğunu bildirib.  Türkiyənin bu gün dünyada az sayda qızıl istehsalçısı arasında olduğunu vurğulayan Varank pandemiyaya baxmayaraq, keçən il 18 aktiv mədəndə 42 ton qızıl istehsal olunduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr