Türkiyə mətbuatı, 10 iyun 2021

“Sabah”, “Hürriyet”, “Star”, “Vatan” və “Haber Türk” nələrdən yazır?

1655115
Türkiyə mətbuatı, 10 iyun 2021

 

“Sabah”: Türkiyə ilə Qırğızıstandan FETÖ ilə mübarizədə əməkdaşlıq mesajı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan prezidenti Sadır Caparovla paytaxt Ankarada təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər. Caparov: “Fətullahçı Terror Təşkilatı (FETÖ) başda olmaqla terror təşkilatları ilə mübarizədən danışdıq. FETÖ-nün hər iki ölkə üçün milli təhlükəsizlik təhdidi olduğu ilə bağlı həmfikirik”, - deyib. Ərdoğan da “Çiyin çiyinə verərək bu təhdidin öhdəsindən gələcəyik” deyə vurğulayıb.

“Hürriyet”: Çavuşoğlu “ABŞ Türkiyə ilə əməkdaşlıq etmək arzusundadır" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) yalnız Liviya və Suriya məsələsində deyil, Aralıq dənizindən Qara dənizə və Qafqaza qədər bir çox sahədə Türkiyə ilə əməkdaşlıq etmək arzusunda olduğunu söyləyib, “Hava müdafiə sistemləri ilə bağlı alternativlər var. ABŞ “Patriot” mövzusunda zəmanət vermirsə, digər müttəfiqlərimizdən də hava müdafiə sistemi ala bilərik” deyib.

“Star”: ABŞ mətbuatı “PKK/YPG-yə verilən dəstək böyük problemdir" yazdı

  ABŞ mətbuatında yer alan bir məqalədə Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG-yə verilən dəstəyin Türkiyə ilə əlaqələrdə böyük problem yaratdığından yazılıb: “ABŞ-ın PKK/YPG ilə etdiyi səhv ortaqlıq mövzusunda NATO müttəfiqi Türkiyənin narahatlıqlarını görməlidir. ABŞ prezidenti Co Baydenin bu mənada cəsur bir gedişi ikitərəfli əlaqələri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. İşin əsl yüksək nöqtəsi budur”.

“Vatan”: Türkiyənin milli hərbi təyyarəsi nümayiş olundu

  Türkiyənin milli hərbi təyyarəsi paytaxt Ankarada III Məhsuldarlıq və Texnologiya Sərgisində göstərilir. İlk dəfə nümayiş olunan təyyarəyə böyük maraq var. Təyyarə 1,8 “mach” sürətə malikdir, 55 min “feet” yüksəkliyə qalxa bilir. Türkiyə ABŞ, Rusiya və Çindən sonra sadə görüntü, yüksək manevr qabiliyyəti və süni zəkaya malik 5-ci nəsil hərbi təyyarə istehsal edəcək. Milli hərbi təyyarənin 2023-cü ildən arenaya çıxması planlaşdırılır.

“Haber Türk”: Türkiyə peyvəndi son mərhələyə gəldi

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Türkiyədə yeni tip koronavirusa (Covid-19) qarşı çox sayda peyvənd inkişafetdirmə layihəsinin davam etdiyini, birində son mərhələyə gəlindiyini bildirib: “Üzümüzə gələn həftə yerli peyvəndimizin son 3-cü mərhələsinə peyvənd üçün könüllülərimizi dəvət edəcəyik. Türkiyə peyvəndi son mərhələyə gəldi.”

 



Әlaqәli Xәbәrlәr