Türkiyə mətbuatı, 7 iyun 2021

“Hürriyet”, “Star”, “Sabah”, “Haber Türk” və “Yeni Şafak” nələrdən yazır?

1652908
Türkiyə mətbuatı, 7 iyun 2021

 

“Hürriyet”: Respublika başçısı Ərdoğan bildirdi! Terror təşkilatına ağır zərbə.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “twitter” hesabından Milli Kəşfiyyat Təşkilatının uğurlu əməliyyatıyla terror təşkilatı PKK-nın sözdə idarə heyəti üzvlərindən olan və Şimali İraqdakı “Mahmur”un başçısı Salman Bozkırın zərərsizləşdirildiyini bildirdi.

“Star”: Akar “Türkiyə Donanması bütün zamanların rekordunu qırdı" dedi.

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar dedi: "Türkiyə Donanması saatda 200 min surətlə bütün zamanların rekordunu qırdı. Şanlı şilahlı qüvvələr, donanma tariximizə yeni bir səhifə yazdınız, yeni bir səhifə əlavə etdiniz".

“Sabah”: Ən təsirli balistik qorumaya malik

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Dəmir sosial media hesabından etdiyi paylaşmada: “Leopard 2A4 tankları üçün istehsal edilən zireh paketi ardıcıl istehsala keçdi və tanklara inteqrasiyası başlandı. Zireh paketi hələ də dünya ordularındakı Leopard 2A4 tanklarında istifadə edilən ən təsirli balistik qoruma imkanıdır", - dedi.

“Haber Türk”: Pakdemirli “Su məhsulları ixracatımız 1 milyard 63 milyon dollara çatdı" dedi.

  Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli 2020-ci ildə su məhsulları istehsalının 785 min ton olaraq reallaşdığını və sektorun 1 milyard 63 milyon dollar ixracat rəqəmi əldə etdiyini söylədi.

“Yeni Şafak”: THY-dən 15 ayın rekordu

  2021-ci ilin ilk 5 ayında Avropa hava sahəsində ən çox uçuş reallaşdıran hava yolu olan bayraq daşıyan Türkiyə Hava Yolları iyunun 4-də 863 uçuşla son 15 ayın ən yüksək gündəlik uçuş sayına çatdı.

 



Әlaqәli Xәbәrlәr