Türkiyə mətbuatı, 19 aprel 2021

“Vatan", “Star”, “Hürriyet”, “Sabah" və “Yeni Şafak” bu gün nələrdən yazır?

1623774
Türkiyə mətbuatı, 19 aprel 2021

 

“Vatan": 1915 Hadisələri Beynəlxalq Konfransı

  Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) tərəfindən 1915 hadisələrinin tarixi arxa planı, hüquqi ölçüsü və bu günümüzdə əks olunma şəkillərini müzakirə etmək məqsədiylə 20 apreldə 1915 Hadisələri Beynəlxalq Konfransı təşkil edilir.

“Star”: Nazir Varank “VLP peyvəndində dünyada ən qabaqcıl səviyyədəyik" dedi

  VLP əsaslı (virus bənzəri parçacıqlara söykənən) yerli Türkiyə peyvəndinin insan üzərində təcrübələrinin birinci mərhələsində könüllü vaksin etdirən sənaye və texnologiya naziri Mustafa Varank peyvəndin hər hansı mənfi təsirinin olmadığını bildirərək: "Peyvənd inkişafetdirmə infrastrukturumuz güclüdür. VLP peyvəndində dünyada ən qabaqcıl səviyyədəyik", - dedi.

“Hürriyet”: TOGG-a böyük mükafat

  Türkiyənin Avtomobili Müəssisəsi Qrupu (Türkiye Otomobili Girişim Grubu - TOGG) ən prestijli dizayn mükafatlardan olan “iF Design Award”ı Türkiyədən avtomobil sahəsində qazanan ilk marka oldu.

“Sabah": İstanbul Hava Lımanı Avropada zirvə qoymadı

  Avropa Hava Seyri Səfərləri Təhlükəsizliyi Təşkilatı – EUROCONTROL tərəfindən hazırlanan uçuş hesabatına görə, İstanbul Hava Lımanı 14 apreldə icra edilən 604 uçuşla Avropa hava limanları arasında birinci sırada olub.

“Yeni Şafak”: BƏƏ-dən Bodrum və Trabzona birbaşa səfər

  Birləşmiş Ərəb Əmirliklərinə aid “FlyDubai” Hava Yolları şirkəti Trabzon və Bodruma birbaşa səfərlərə başlanacağını elan etdi. Trabzona həftədə 3, Bodruma (Muğla) isə 2 dəfə uçuş olacaq.



Әlaqәli Xәbәrlәr