Türkiyə mətbuatı, 1 mart 2021

“Haber Türk”, “Hürriyet”, “Yeni Şafak”, “Star” və “Vatan” bu gün nələrdən yazır?

1592539
Türkiyə mətbuatı, 1 mart 2021

 

“Haber Türk”: Türkiyənin məlumatı Türkiyədə qalacaq

  Türkliyə Prezident Aparatı Çevrilmə Ofisinin rəhbəri Əli Taha Koç “Google”, “Amazon”, “Facebook”, “Apple” və “Microsoft” kimi texnologiya nəhənglərinin alternativlərinin Türkiyədə inkişaf etdirilməsini məqsəd qoyduqlarını söyləyib: “Türkiyənin məlumatı Türkiyədə qalacaq. Bunun üçün yerli məhsulları, xüsusilə ictimai media platformaları, anlıq mesajlaşma və ya video-konfrans tətbiqləri üçün yerli ekvivalentləri inkişaf etdirməyə çalışırıq.”

“Hürriyet”: Turizmdə ingilis hərəkətliliyi

  İngiltərədə 17 may tarixindən vətəndaşlarına beynəlxalq səyahət sərbəst olacaq.

  Muğlanın dünyaca məşhur Marmaris, Bodrum və Fəthiyə qəsəbələri ingilis turistlərin ən çox seçdiyi yerlər arasındadır. Turizm agentlikləri və yerləşmə mərkəzləri artıq Şotlandiya, Şimali İrlandiya, Uels və İngiltərəni əhatə edən Birləşmiş Krallıqdakı beynəlxalq dövri operatorlarla danışıqlara başlayıb.

“Yeni Şafak”: Pandemiya dövründə yalnız Türkiyə və Çin inkişaf etdi

  Yeni tip koronavirus (“Covid-19) epidemiyası qlobal ölçüdə inkişaf proqnozlarını alt-üst etdi. 3,5 və 4 faizlər arasında böyüməsi gözlənilən qlobal iqtisadiyyat 4,3 faiz kiçildi. İnkişaf etmiş və etməkdə olan ölkələrin bir araya gəldiyi G-20 ölkələri arasında yalnız Türkiyə və Çin inkişaf etdi.

“Star”: Pilotsuz milli döyüş təyyarəsi səs sürətində olacaq

  Ən mühüm hədəflərinin “Akıncı” hücum silahlı pilotsuz hava aparatından (TİHA) sonra Türkiyəyə pilotsuz döyüş təyyarələrini qazandırmaq olduğunu söyləyən “Baykar” şirkətinin baş direktoru (CEO) Haluk Bayraktar: “Pilotsuz döyüş təyyarəsi üçün nəzəri dizayn mərhələsindəyik. Bu, səs sürətində uça bilən bir platforma olacaq”, - deyib.

“Vatan”: "Hollywood” ulduzları Ayasofyanı ziyarət etdi

  Antaliyada çəkilişləri davam edən “Five Eyes” filminin rejissoru və ssenari müəllifi Qay Riçi (Guy Ritchie), həyat yoldaşı aktrisa Ceki Eynsli (Jacqui Ainsley), aktrisa Coş Hartnet (Josh Hartnett), prodüser İvan Atkinson, “Warner Bross”un baş direktoru Coş Berqer (Josh Berger) və “Miramax”ın baş direktoru Bil Blokdan (Bill Block) ibarət heyət İstanbul gəzintisi zamanı Ayasofiya məscidi və Topkapı sarayını gəzib və bu tarixi məkanlar haqqında ekskursovoddan məlumat alıblar.



Әlaqәli Xәbәrlәr