Türkiyə mətbuatı, 25 fevral 2021

“Sabah", “Hürriyet", “Yeni Şafak", “Star" və “Haber Türk" bu gün nələrdən yazır?

1590436
Türkiyə mətbuatı, 25 fevral 2021

 

“Sabah": Ərdoğan “Hər damla qanın hesabatını artıqlamasıyla soruşuruq" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının növbəti konfransında etdiyi çıxışında bildirib: "Terrorla mübarizə uğrunda atdığımız addımların müsbət nəticələrini görməyə başladıq. Həm terror təşkilatına qatılanların sayı, həm də onların hərəkət həcmində eniş yaşanır. Xalqımızın birliyinə, bərabərliyinə xələl gətirən alçaqlara tökdükləri hər damla qanın hesabatını artqılamasıyla soruşuruq."

“Hürriyet": “Moody's” Türkiyənin inkişaf proznozlarını yüksəltdi

  Beynəlxalq kredit dərəcələndirmə qurumu – “Moody's” Türkiyənin 2021 il üçün böyümə təxminini 3,5-dən 4-ə, 2022 il üçünsə inkişaf proznozunu 4-dən 5 faizə yüksəltdi.

“Yeni Şafak": İstanbul Havalımanı Beynəlxalq Havalimanları Şurasının “İqlim-ağıllı havalimanları” siyahısına salındı

  İstanbul Havalımanı “Airport Carbon Accreditation” çərçivəsində Beynəlxalq Havalimanları Şurası (ACİ) tərəfindən verilən Birinci Səviyyə Karbon Emissiyası Sertifikatını qazandı.

“Star": Kleopatra çimərliyi Avropanın ən yaxşı çimərlikləri siyahısında

  Dünya üzrə milyonlarla adamın turistik məkanlar araşdırdığı və şərhlərini paylaşdığı beynəlxalq bir internet saytında keçirilən səsvermədə 2021-ci ilin ən gözəl çimərlikləri müəyyən olunub. Avropanın “Ən yaxşı çimərlikləri” siyahısında Türkiyədən Antaliyanın Alanya qəsəbəsindəki Kleopatra çimərliyi (Kleopatra Plajı) yer alır.

“Haber Türk": Türkiyə Rusiya turistlərinin 2021-ci ildə ən çox səyahət etmək istədikləri ölkələr sırasındadır

  Rusiyanın “Yandex.Travel” şirkətinin ölkədə təxminən 10 min adam arasında apardığı anket qorğusuna görə, rusiyalıların 68 faizinin tətil planları Türkiyə ilə bağlıdır. Belə ki, anket iştirakçıları Türkiyəni bu il də ən çox səyahət etmək istədikləri ölkələr arasında göstəriblər.



Әlaqәli Xәbәrlәr