Türkiyə mətbuatı, 23 fevral 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1588765
Türkiyə mətbuatı, 23 fevral 2021

"Haber Türk": Ərdoğan: "Türkiyə suriyalı qaçqınlara sahib çıxan tək ölkə Türkiyədir"

Prezident Rəcəb Ərdoğan İzmirdə keçirilən "Köç: önümüzdəki 20 ilin layihəsi və sonrası" başlıqlı beynəlxalq konfransda çıxış edərək deyib ki, Avropa İttifaqı Yunanıstana 100 min qaçqın üçün 3 milyard avro yardım edərkən, Türkiyədəki  4 milyon qaçqın üçün əlini daşın altına qoymadı. Avropaya sığınan on minlərlə suriyalı uşağın harada olduğu, kimlər tərəfindən qaçırıldığı məlum deyil.

"Hürriyet": Çavuşoğlu: "Dünya PKK-nın qətliamı qarşısında yenə səssiz qaldı"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının 46-cı iclasında etdiyi çıxışında bölücü terror təşkilatı PKK-nın İraqın Qara bölgəsində 13 günahsız insanı öldürdüyünü və dünyanın yenə səssiz qaldığını söylədi. Çavuşoğlu "Bu təhlükəni beynəlxalq həmrəylik olmadan və mövcud ikili standartlarla ortadan qaldırmaq qeyri-mümkündür" dedi.

"Vatan": ABŞ-dan tarixi etiraf: YPG ilə bağlı səhv etdik

Suriyada bölücü terror təşkilatı PKK/YPG-yə dəstək olaraq reaksiya səbəb olan ABŞ etiraf etdi. ABŞ-ın keçmiş Avropa Qüvvələri komandanı general-leytenant Ben Hodges "Türkiyəyə qarşı etimad yenidən qurulmalıdır" dedi. PKK/YPG mövzusunda səhv etdiklərini vurğulayan Hodges "Türkiyə kimi bir müttəfiqlə əlaqələrə ciddi ziyan vuran PKK/YPG ilə işləmək kimi taktikada qazanclara üstünlük verən qərarlar yenidən gözdən keçirilməlidir" ifadəsini işlətdi..

"Star": "Yunanıstanın və Cənubi Kıbrıs (Kipr) Rum İdarəsinin tarixi bir səhvi

Prof. Dr. Hüseyin İşıksal Yunanıstan və Kıbrıs Rum tərəfinin həll yolu yox, güzəşt arxasında getdiyini ifadə etdi. Türkiyənin Kıbrısda güzəştə gedəcəyini gözləyən tərəflərin ciddi səh içində olduqlarını vurğulayan İşıksal "Avropa ölkələrinin Şərqi Aralıq dənizindəki ən əhəmiyyətli və strateji tərəf olan Türkiyə ilə qarşı-qarşıya gəlməyəcəyini gec ya tez başa düşəcək olan Rum-Yunan ikilisini gələcəkdə daha sıxıntılı günlər gözləyir" ddi.

"Yeni Şafak": "Türkiyənin qızıl istehsalı rekord səviyyədə davam edir

Türkiyədə qızıl istehsalı artır. Enerji və Təbii Sərvətlər Nazirliyi sosial media hesabından Türkiyənin qızıl istehsalının son 5 ilinə aid tablo yayıb. Buna görə, Türkiyənin qızıl istehsalı 2016-cı ildə 24,5 ton, 2017-ci ildə 22,5 ton, 2018-ci ildə 27,1 ton, 2019-cu ildə 38 ton olaraq reallaşıb, 2020-ci ildə isə 42 tona çatıb.



Әlaqәli Xәbәrlәr