Türkiyə mətbuatı, 22 fevral 2021

“Haber Türk”, “Sabah”, “Vatan”, “Hürriyet” və “Star” bu gün nələrdən yazır?

1587961
Türkiyə mətbuatı, 22 fevral 2021

 

“Haber Türk”: Türkiyə prezidenti Ərdoğan “ABŞ İrana sanksiyadan vaz keçməlidir" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonda danışıb. Söhbət zamanı Amerika Birləşmiş Ştatlarının yeni hökumətinin İrana təktərəfli sanksiyalardan vaz keçərək İran xalqının rifahı naminə haqsız maneələri qaldırmasını xahiş etdiklərini bildirən Ərdoğan son bir neçə gündə mövzuyla əlaqədar edilən şərhlərin yeni bir fürsət pəncərəsinin açılmasına vəsilə olduğunu söyləyib.

“Sabah”: Fəxrəddin Altın “PKK qırğınlarını unutdurmayacağıq” dedi

  Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) Mətbuat Xidmətinin katibi Fəxrəddin Altın son olaraq İraqın Qara bölgəsində girov götürdüyü 13 müdafiəsiz Türkiyə vətəndaşını şəhid edən bölücü terror təşkilatı PKK-nın qırğınlarıyla bağlı video paylaşaraq yazıb: “Əli qanlı terror təşkilatı PKK 1984-cü ildən bəri Türkiyədə körpə, uşaq, qadın, gənc, yaşlı demədən vətəndaşlarımızı qətlə davam edir. Bəziləri özünü görməməzliyə qoysa da, körpə qatili PKK-nın qırğınlarını unutmadıq, unutmayacağıq”.

“Vatan”: Rusiyadan Türkiyə ilə S-400 ortaq istehsal şərhi

  Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin rəis müavini Aleksey Frolkin S-400 hava müdafiə sistemlərinin Türkiyə ilə ortaq istehsalı ilə bağlı məlumat paylaşaraq rəsmi Ankara ilə hərbi-texniki əməkdaşlığın müxtəlif sahələrində danışıqların getdiyini bildirib.

“Hürriyet”: Türkiyəyə ciddi xarici sərmayələrin artması gözlənilir

  Türkiyədə iqtisadiyyat və hüquq sahəsindəki islahatların sərmayə qoyuluşunu sürətləndirməsi gözlənilir. Xaricilərin avtomobil, ağ əşya, proqram və məntiqi sektorlarına maraqları artır. İnvestorların Türkiyəni seçməsinin səbəbləri qazanc əldə edə biləcək şərait, keyfiyyətli iş qüvvəsi, sərmayə mühiti və digər uyğun məntiqi şərtlərdir.

“Star”: Tam biodizellə çalışan ilk generator Türkiyədə istehsal edildi

  İstanbuldakı “Arken generator” şirkəti dünyanın ilk tam biodizel yanacaqlı generatorlarının prototipini çıxardı. Biodizel generator heyvan və bitki mənşəli tullantılardan yaranan dizelin geriçevrilmə prinsipinə əsaslanır. “Arken generator” 100 faiz biodizellə çalışan generatorun patentini də alıb.



Әlaqәli Xәbәrlәr