Türkiyə mətbuatı, 03 fevral 2021

Yerli  mətbuat və  veriliş orqanlarında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1576273
Türkiyə mətbuatı, 03 fevral 2021

“Hurriyet”: Bayden dövründə ABŞ və Türkiyə arasında ilk rəsmi danışıq

 Prezident  administrasiyasının sözçüsü İbrahim Kalın, ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi Jake Sullivan ilə telefonla görüşdü. Yeni prezident Co Bayden  vəzifəyə  başladıqdan sonra   iki  ölkə  arasında  baş  tutan  ilk  danışıqda  Türkiyə-ABŞ ikitərəfli münasibətləri başda olmaqla Suriya, Liviya, Şərqi Aralıq dənizi, Kipr, Əfqanıstan, Dağlıq Qarabağ, Kovid-19 və beynəlxalq iqlim rejimi mövzuları  müzakirə  edildi.

“Yenişafak”: Çavuşoğlu Şimali  kipr Türk Reispublikasında bərabər  hüquqlu Suverenlik əsasında danışıqlara zərurət olduğunu qeyd edib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar   ilə  görüşüb.  Nazir  danışıqlardan  sonra  verdiyi  açıqlamada: “Bir daha federasiya üçün danışıq aparmayacağıq. Bunu səbəbləri ilə izah etdik, lakin olmadı.    Bundan sonrada   olacağına  dair  inamımız qalmadı. Kipr məsələsi  bərabər hüquqluq suverənlik  əsasında  müzakirə edilidir.  Əgər  bu  mövcudduursa  iki dövlət  ola bilər”.

“Star” : Çox səs-küy yaratdı! Ümumdünyadan Sifariş yağdı

Karsan şirkətinin meneceri (CEO) Okan Baş  100% elektrik  enerjisi  ilə  işləyən  sürücüsüz “Karsan  Otonom Electric”  sərnişin  avtobusun Rumıniya və ABŞ  ilə   yanaşyı  Türkiyədə  də   istifadəyə   hazır olduğunu  bildirib. 

“Sabah”:  Ticarət  naziri  Pekcan İxrac həcmində  rekord  artım qeydə  alındığını açıqladı

Ticarət naziri Ruhsar Pekcanın  sözlərinə görə Türkiyənin  cari  ilin Yanvar ayında ixrac  həcmi   ötən  ilin  müvafiq  dövrünə   müqayisədə  2.5%   artardaq   15 milyard 48 milyon dollar olub  ki,  bu  indiyə  dək  Yanvar  ayında  reallaşdırılan  ən  yüksək  ixrac  həcmi  hesab  edilir.

“Vatan”: THY Avropanın  ən  çox  sərnişin  daşıyan  şirkəti  mövqeyini  davam  etdirir

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının məlumatlarına görə, Türk Hava Yolları (THY) keçən həftə gündəlik orta hesabla 588 uçuşla Avropanın zirvəsində  yer tutub.

 



Әlaqәli Xәbәrlәr