Türkiyə mətbuatı, 20 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1567086
Türkiyə mətbuatı, 20 yanvar 2021

"Sabah": Ərdoğanın iqtisadiyyat və hüquqda aparılacaq islahatlarla bağlı bəyanatı

Prezident Rəcəb Tayyib Ərdoğan dünən verdiyi bəyanatda iqtisadiyyatda və hüquqda islahatların sona çatdığını müjdələdi və "xalqa təqdim etmə mərhələsinə gəldiyini" söylədi.

"Haber Türk": Milli Müdafiə nazirinin Ərbil səfəri zamanı Sincar və Mahmur müzakirə edildi

Milli Müdafiə naziri Hulusi Akar dünən Ərbildə IKBY-nin (İraq Kürd Regional İdarə) Baş naziri Məsrur Bərzani və keçmiş IKBY Prezidenti və KDP lideri Məsud Bərzani ilə ayrı-ayrılıqda görüş keçirib. Görüşlər zamanı terror təşkilatı PKK-nın bölgədəki fəallığı və təşkilatın Mahmur və Sincardakı fəaliyyəti gündəmə salındı.

"Star": Nazir Pekcan: "128 fərqli ölkədə 10 min 525 layihə həyata keçiririk"

Ticarət naziri Ruhsar Pekcan dünən verdiyi açıqlamada Türkiyənin podratçılıq sektorunun dünyanın 128 fərqli ölkəsində 418,7 milyard dollar dəyərində 10 min 525 layihə həyata keçirdiyini bildirdi.

"Hürriyet": Milli freqat '"İstanbul" 23 yanvarda istifadəyə veriləcək

Milli freqat "İstanbul" 23 yanvarda dənizə buraxılacaq. Prezident Aparatının Müdafiə Sənayesi Başçılığı tərəfindən Hərbi Dəniz Qüvvələrinə əlavə ediləcək "I" sinif freqatların birincisi olan "İstanbul" freqatı inkişaf etmiş hava müdafiəsi və su üzərində döyüş, sualtı müdafiə döyüşləri və gözətçi fəaliyyətləri reallaşdıracaq.

"Yeni Şafak": İstanbul Hava Limanı Avropada ən çox sərnişin qəbul edən hava limanı oldu

İstanbul Hava Limanı sərnişin sayı sıyahısında Avropanın əhəmiyyətli hava limanlarını geridə qoyaraq birinci yerdə qərarlaşdı. İstanbul Hava Limanı keçən il Avropada 23 milyon 4 min sərnişinlə ən çox sərnişini qəbul edən hava limanı oldu.



Әlaqәli Xәbәrlәr