Türkiyә mәtbuatı: 19 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1566328
Türkiyә mәtbuatı: 19 yanvar 2021

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: ‘‘İqtisadiyatda ciddi irәlilәyiş әldә etmәk üçün lazımi islahatları hәyata keçiririk’’.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn verdiyi açıqlamada tәhsildәn sağlamlığa,nәqliyyatdan enerjiyә, sәnayedәn ticarәtәdәk hәr sahәdә ciddi addımlar atdıqlarını bildirib. Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘İqtisadiyatda ciddi irәlilәyiş әldә etmәk üçün lazımi islahatları hәyata keçiririk vә bununla bağlı siyasәtimizi qәtiyyәtlә yürüdürük’’.

 

‘‘Haber Türk’’: Mövlud Çavuşoğlu Hayko Maasla görüşüb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan Almaniya xarici işlər naziri Hayko Maasla birgə mətbuat konfransı keçirib. 

Mətbuat konfransında çıxış edən Mövlud Çavuşoğlu qarşıdakı dövrdə Almaniya ilə ikitərəfli dialoq mexanizmlərini canlandırmaq mövzusunda razılıq əldə etdiklərini bildirib. 

Türkiyə-Ai münasibətlərini qiymətləndirən Mövlud Çavuşoğlu deyib:"Avropadan da müsbət addımların atılması sayəsində daha müsbət atmosfer içindəyik". 

Hayko Maas isə öz növbəsində bildirib ki, Türkiyə ilə Avropa İttifaqı arasindakı münasibətlərin güclənməsini arzulayırıq. 

‘‘Yeni Şafak’’: Hulusi Akar: ‘‘PKK ilә mübarizәdә İraqla hәr növ әmәkdaşlığa hazırıq’’

Dünәn İraqda görüşlәr keçirәn Türkiyәnin milli müdafiә naziri Hulusi Akar separatçı terror tәşkilatı PKK ilә mübarizәdә әmәkdaşlıq vә koordinasiyanın çox әhәmiyyәtli rol oynadığını ifadә edib. Hulusi Akar deyib: ‘‘İraqla hәr növ әmәkdaşlığa hazırıq. Bizim mәqsәdimiz xalqımızın tәhlükәsizliyini tәmin etmәk, sәrhәdlәrimizi qorumaq, sәrhәdlәrimiz daxilindә rifah vә sülh mühitindә yaşamaq, hüquqlarımız vә maraqlarımızı müdafiә etmәkdir’’.  

‘‘Star’’: ‘‘Türkalı-1’’ quyusunda aparılan axtarış-kәşfiyyat fәaliyyәtlәri sona çatdırılıb

Sakarya Tәbii Qaz Sahәsindәki ‘‘Türkalı-1’’ quyusunda aparılan  axtarış-kәşfiyyat fәaliyyәtlәri sona çatdırılıb.

Bu barәdә Türkiyә Neftlәri Anonim Ortaqlığı Şirkәrinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn mәlumatda bildirilib. Mәlumatda ‘‘Fatih’’ axtarış-kәşfiyyat gәmisinin 3 min 920 metr dәrinlikdә qazma fәaliyyәtlәri hәyata keçirdiyi bildirilib. Axtarış-kәşfiyyat fәaliyyәtlәrinin 77 gün davam etdiyi qeyd olunub.

‘‘Türkalı-1’’ quyusundakı kәşfiyyat fәaliyyәtlәri noyabrın 5-dә başlamışdı.

‘‘Sabah’’: İngiltәrәli turistlәr 2020-ci ildә Türkiyәnin Muğla şәhәrinә üstünlük verdi.

Türkiyәnin әn әhәmiyyәtli turizm mәrkәzlәrindәn biri olan Muğla şәhәri yeni növ koronavirus pandemiyasına baxmayaraq İngiltәrәli turistlәrin әn çox üstünlük verdiklәri mәkanlardan biri olub. Mәlumata görә, Muğlaya keçәn il 695 min 314 turist gәlib. Şәhәrә 309 min 717 min turist İngiltәrәdәn, 159 min 397 turist Rusiyadan, 127 min 564 turist Ukraynadan, 17 min 424 turist Polşadan vә 16 min 313 turist dә Almaniyadan gәlib.



Әlaqәli Xәbәrlәr