Türkiyə mətbuatı, 14 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1563291
Türkiyə mətbuatı, 14 yanvar 2021

"Vatan": Prezident Ərdoğan açıqladı: "Yerli və millisini quracağıq"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yerli və milli quruluşunun gücünü istədikləri səviyyəyə qaldıracaqlarına inandıqlarını söyləyib.. Ərdoğan dünən (13 yanvar) Prezident Kompleksində Radio və Televiziya Jurnalistləri Dərnəyinin 2019 Media Oscar Mükafatları Mərasimində anlık mesajlaşma tətbiqləri ilə əlaqədar olaraq, "Yerli və millisini biz də quracağıq inşallah" ifadəsini işlədib. 

"Sabah": Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirləri İslamabadda görüş keçirib

Mövlud Çavuşoğlu Pakistanın paytaxtı İslamabadda tәşkil edilәn Türkiyә, Azәrbaycan vә Pakistan xarici işlәr nazirlәrinin iclasından sonra baş tutan birgә mәtbuat konfransında çıxış edib.
Görüşdә bir sıra sahәdә birgә işlәmәk mәsәlәsindә qәrar qәbul etdiklәrini vurğulayan Mövlud Çavuşoğlu deyib: ‘‘Tәhlükәsizlik, sabitlik vә rifahı yaxşılaşdırmaq üçün әhәmiyyәtli addımlar atmağa qәrar verdik".

"Haber Türk": Putin Prezident Ərdoğana Qarabağ məsələsilə bağlı zəng edib

Prezident Rәcәb Tayyib Әrdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Mәlumata görә, söhbәt zamanı Vladimir Putin Türkiyə Prezidentini Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırıb. Tәrәflәr  Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.

"Star": "Səhiyyə naziri Kocaya ilk "CoronaVac" peyvəndi vuruldu

Türkiyədə yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənməyə start verilib.
“Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Nazirin ardınca Türkiyə Səhiyyə üzrə Elmi Komitəsinin üzvləri peyvənd olunublar.
“Sinovac” vaksini ilə ilk peyvəndləmə Ankara şəhər xəstəxanasında aparılıb.
Proses media qurumları tərəfindən canlı nümayiş edilib.
Nazir insanların normal həyata qayıtması üçün hər kəsin peyvənd olunmasının əhəmiyyətini dilə gətirib.

"Hürriyet": Nazir Varank: "Noyabr ayında sənaye istehsalını ən çox artıran ölkələrdən biri olduq" 

Sənaye və texnologiya naziri Mustafa Varank dünən verdiyi açıqlamada Türkiyənin noyabr ayı sənaye istehsalının ən çox artıran ölkələrdən biri olduğunu ifadə edərək, "Hal-hazırda bütün istehsal sektorumuz çətinliklərə baxmayaraq illik 11 və 1,3 faiz artımla bazar gözləntilərindən daha yüksək oldu. Hədəfimiz bu tendensiyanı 2021-ci ildə də istehsalda davam etdirməkdir!" deyib.



Әlaqәli Xәbәrlәr