Türkiyә mәtbuatı: 13 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1562539
Türkiyә mәtbuatı: 13 yanvar 2021

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 ‘‘Sabah’’: Rәcәb Tayyib Әrdoğan Aİ –nin Türkiyәdәki sәfirlәrinin  iclasında әhәmiyyәtli bәyanatlar verib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn Avropa İttifaqı ölkәlәrinin Türkiyәdәki  sәfirlәrinin iclasında Yunanıstana çağırış edәrәk deyib: ‘‘Yunanıstana gәrginliyin sәviyyәsini azaltması ilә әlaqәdar çağırış edirik.Şərqi Aralıq dənizini rəqabət sahəsindən çıxarıb uzunmüddətli maraqlarımıza xidmət edəcək bir əməkdaşlıq hövzəsinə çevirməliyik".

‘‘Haber Türk’’: Xarici işlәr naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı ilә bağlı bәyanat yayıb.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn Avropa İttifaqı ölkәlәrinin Türkiyәdәki sәfirlәri ilә keçirdiyi görüşdә deyib: ‘‘İslahat mәsәlәsindә qәtiyyәtliyik. Aİ bizә dәstәk vermәlidir. Gәlәcәyimizi Avropada görürük vә bunu birgә inşa etmәk istәyirik’’.

‘‘Vatan’’: Milli helikopter mühәrriki müvәffәqiyyәtlә işә salınıb

Türkiyәnin milli imkanlarla istehsal etdiyi ilk milli helikopteri olan ‘‘Gökbey’’in  mühәrriki TEI-TSI 400-ün ilk prototipi ‘‘TS3’’dәn sonra ‘‘TS4’’ dә müvәffәqiyyәtlә işә salındı.

‘‘Star’’:  Türkiyә 661 milyon 787 min dollar mәblәğindә sitrus meyvәlәri ixrac edib.

Türkiyәnin Mersin, Hatay vә Adana şәhәrindәn keçәn il 661 milyon 787 min dollar mәblәğindә sitrus meyvәlәri ixrac olunub.

‘‘Hürriyet’’: Әvvәl Hakan Çalhanoğlu indi isә Yusuf Yazıcı

Türkiyәli futbolçular Avropaya öz damğasını vurmağa davam edir. Hakan Çalhanoğlundan sonra Yusuf Yazıcı da  keçәn ilin dekabrında ayın futbolçusu mükafatına layiq görülüb.



Әlaqәli Xәbәrlәr