Türkiyə mətbuatı, 12 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1561742
Türkiyə mətbuatı, 12 yanvar 2021

"Haber Türk": İlk peyvənd cümə axşamı və ya cümə günüdür"

Prezident Rəcəb Tayyib Ərdoğan dünyadakı yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndi inkişaf etdirmə və istehsalını yaxından izlədiklərini bildirib. Ərdoğan Çin mənşəli peyvəndi ölkəyə gətirdiklərini, Almaniya mənşəli peyvənd mövzusunda razılaşdıqlarını və Rusiya mənşəli peyvəndləri təqib etdiklərini vurğulayıb. Ərdoğan "Covid-19" əleyhinə peyvəndin təyin olunmuş növbəyə əsasən cümə axşamı və ya cümə günü tətbiq ediləcəyini söyləyib.

"Yeni Şafak": Yunanıstanla danışıqların tarixi təyin olundu

Xarici İşlər Nazirliyi Yunanıstanla araşdırma danışıqlarının 61-ci turunun 25 yanvarda İstanbulda keçiriləcəyini bəyan edib. Türkiyə və Yunanıstan Egey dənizilə bağlı problemlərinə hər iki tərəfin də qəbul edə biləcəyi ədalətli, daimi və əhətəli həll yolu üçün zəmin hazırlamaq məqsədilə araşdırma danışıqlarını 12 mart 2020-ci ildə Ankarada başlayıb. Danışıqların sonuncusu olan 60-cı tur 1 mart 2016-cı il tarixində Afinada keçirilib və o zamankı Yunanıstan hökuməti tərəfindən dayandırılmışdı.

"Star": Rusiya, Azərbaycan və Ermənistandan birgə bəyanat

Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ bölgəsindəki erməni işğalı zamanı bağlanan iqtisadi və nəqliyyat əlaqələrinə fəalıq qazandırmaq üçün ortaq bəyannamə imzalanıb. Bəyannamədə dəmir yolu və avtomobil yolları rabitələrinin təmin edilməsinə üstünlük verilib. Beləliklə, Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə bazarına çıxa biləcək. Türkiyə ilə Rusiya arasında dəmir yolu rabitəsi də təmin ediləcək.

"Hürriyet": Xaricilər üçün ən cəlbedici şəhər İstanbuldur

Xaricilərə daşınmaz əmlak satışı işilə məşğul olan şirkət "Nevita" milli və beynəlxalq sahədə investisiya cazibəsi ilə seçilən şəhərləri təqdim edib. Avropadakı metropollar arasında ən cəlbedici şəhər, investorları cəlb etməyə davam edən İstanbul olub. Xaricilər İstanbulda 2019-cu ildə 20 min 857 "Covid-19" epidemiyasına baxmayaraq keçən ilin yanvar-noyabr aylarında isə 16 min 867 ev alıblar.

"Sabah": İş dünyası Türkiyə iqtisadiyyatından çox ümidlidir

Türk iş adamı Hacı Sabancı Türkiyənin "Covid-19" prosesini çox yaxşı idarə etdiyini, digər ölkələrin vəziyyətinə baxanda bunu daha yaxşı gördüklərini söyləyib. "Sağlamlıq infrastrukturumuz, xəstəxanalarımız və səhiyyə işçiləri ilə çox güclü bir ölkəyik, digər ölkələrlə müqayisədə çox yaxşı vəziyyətdəyik" deyən Sabancı "İndi vaksinasiya prosesi başlayacaq. Biz güclü iqtisadi potensiala sahib bir ölkəyik, tez bir zamanda özümüzə gələcəyik" deyə bildirib.



Әlaqәli Xәbәrlәr