Türkiyә mәtbuatı: 30 dekabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1554414
Türkiyә mәtbuatı: 30 dekabr 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Koronavirus epidemiyasına qarşı vaksinlәr Türkiyәyә gәldi.

Türkiyәnin Çinin ‘‘SinoVac’’ şirkәtindәn  aldığı peyvәndlәri daşıyan tәyyarә Ankaradakı Esenboğa hava limanına endi. Sәhiyyә naziri Fәxrәddin Koca peyvәndlә bağlı laboratuar sınaqların 14 gün davam edәcәyini, sınaqlar başa çatdıqdan sonra vaksinasiya  proqramına start verilәcәyini açıqlayıb.Mәlumata görә, hazırda Türkiyәyә 3 milyon doza peyvәnd göndәrilib.

 

‘‘Yeni Şafak’’: ‘‘Rusiya ilә ‘‘Covid-19’’ peyvәndinin birgә istehsalı ilә bağlı müqavilә imzalanıb’’

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu yeni növ koronavirus әleyhinә peyvәndin birgә istehsalı ilә bağlı Rusiya ilә saziş imzaladıqlarını bildirib. Çavuşoğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyә prezidenti Rcәb Tayyib Әrdoğana peyvәndin birgә istehsal edilmәsi ilә bağlı tәklifi olub.Bu әmәkdaşlığın sәbәbi yalnız müalicә deyil, birgә peyvәnd istehsalıdır.

 

‘‘Vatan’’: Akar: ‘‘Liviyalı qardaşlarımıza hәr növ yardımı etmәyә davam edәcәyik’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Türkiyәnin Liviyada siyasi hәllin tәmin olunması üçün әlindәn gәlәni etdiyini bildirib. Liviya Milli Hәmrәylik Hökumәtinin Birlәşmiş Millәtlәr Tәşkilatı tәrәfindәn tanınan qanuni hökumәt olduğunu vurğulayan Hulusi Akar Türkiyәnin sözügedәn hökumәtin dәvәti ilә Liviyada olduğunu vә buradakı fәaliyyәtlәrinin beynәlxalq hüquq normaları çәrçivәsindә olduğunu bildirib. Akar deyib: ‘‘Liviyalı qardaşlarımıza hәr növ yardımı etmәyә davam edәcәyik’’.

‘‘Star’’: Azәrbaycan XİN Türkiyә ilә bağlı bәyanat yayıb.

Azәrbaycan Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda Türkiyә ilә Azәrbaycanın sarsılmaz birliyinә diqqәt çәkilib. Azәrbaycan XİN-dә keçirilәn mәtbuat konfransında Dağlıq Qarabağı işğal edәn Ermәnistana qarşı keçirilәn әmәliyyatlar zamanı Türkiyәnin töhfәsi xüsusi vurğulanıb. Mәtbuat konfransında Türkiyә-Azәrbaycan qardaşlığı vә birliyinin sarsılmaz olduğu bir daha qeyd olunub.

‘‘Haber Türk’’: ‘‘Türkiyә-İngiltәrә arasında azad ticarәt razılaşması’’.

Türkiyә vә İngiltәrә arasında azad ticarәt razılaşması imzalanıb. Mәlumata görә, razılaşma yanvarın 1-dә qüvvәyә minәcәk. Razılaşma ilә Türkiyә vә İngiltәrә arasındakı münasibәtlәr daha da inkişaf edәcәk.



Әlaqәli Xәbәrlәr