Türkiyə mətbuatı, 21 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1512979
Türkiyə mətbuatı, 21 oktyabr 2020

"Haber Türk": "Ərdoğan məzlumların yanında olmağa davam edəcəyik"
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin məzlumun, haqsızlığa məruz qalanların hüquqlarının, ədalətin yanında güclü dayanmaqdan imtina etməcəyini söyləyib. Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər hər sahədə gözünü və ürəyini Türkiyəyə istiqamətləndirənlərin yanında olduqlarını, olmağa da davam edəcəklərini vurğulayan Ərdoğan "Liviyada bir qiyamçının ölkəni göz qabağında parçalamasına razılıq vermədik, verməyəcəyik.  Azərbaycanın işğal altındakı ərazilərini azad etmə mübarizəsinə bütün ürəyimizlə və imkanlarımızla dəstəklədik və bunu davam etdirəcəyik" deyib.
"Yeni Şafak":  Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezidenti Ersin Tatardan Türkiyə ilə həmrəylik açıqlamaları
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar yeni vəzifəsi müddətində Türkiyə ilə məsləhətləşərək hərəkət edəcəklərini söyləyib. Tatar "Kıbrıs Türk xalqının maraqlarını qorumaq üçün Türkiyə ilə olan əlaqələrimiz, ölkəmizin mövcudluğu davam edəcək. Türkiyənin zaminliyi də eləcə. Şimalda mütləq daimi bir dövlətin mövcudluğu olacaqdır. Bu gündən sonra xalqımızın hüquq və maraqlarını qorumaq üçün yalnız bu çərçivədə Rum tərəfi ilə bir dialoq prosesi başlayacaq" deyib.
"Star": Türkiyədən ehtiyacı olan ölkələrə möhtəşəm jest
Türkiyə Suriya başda olmaqla ehtiyac sahibi ölkələrə xüsusilə 110 min ton un və paxla məhsulu göndərəcək. Qərar "Resmi Gazete" də yayımlanıb. Qərara görə, ehtiyacı olan ölkələrə 10 min tona qədər yaşıl mərci və noxud yardımı ediləcək.
"Sabah": Türkiyə yerli avtomobilin batareyalarını istehsal edəcək
Yerli avtomobil istehsalçısı TOGG elektrikli nəqliyyat vasitələrində istifadə ediləcək akkumulyator texnologiyası üçün nəhəng bir müqavilə imzaladı. Türkiyənin yerli avtomobili TOGG-un batareyaları Türkiyədə istehsal ediləcək. Mövzu barədə TOGG-dan "Dünyanın qabaqcıl Li-Ion batareya istehsalçılarından Farasis ilə qəbul etdiyimiz razılaşmaya görə batareya modulu və paketini Türkiyədə istehsal edəcəyik" açıqlaması edilib.
"Hürriyet": Çinlilərin Türkiyəyə olan maraqları
Türkiyədən ən çox mənzil alan xaricilər siyahısında ilk 20-likdə son illərdə olmayan çinlilər cari ilin 9 aylıq dövründə 659 mənzil alaraq bütün zamanların illik rekordunu qırdı. Çinlilər bu rəqəmlə Türkiyədən ən çox mənzil alan 12. millət oldu. Çinlilər Türkiyədən ən çox İstanbuldan mənzil alıblar.



Әlaqәli Xәbәrlәr