Türkiyə mətbuatı, 7 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1504283
Türkiyə mətbuatı, 7 oktyabr 2020

"Sabah": Ərdoğandan Makrona sərt reaksiya
Prezident Rəcəb Tayyib Ərdoğan dünən Məscidlər və Din üzrə İşçilər Həftəsi proqramında İslam əleyhinə düşmənçiliyi tənqid etdi və Fransa Prezidenti Emmanuel Makronun qalmaqallı sözlərinə reaksiya verib. Ərdoğan “Fransa Prezidenti Emmanuel Makronun “islam dini böhran içərisindədir" fikri hörmətsizlikdən əlavə, açıq təxribatdır” deyib.
"Star": Ərdoğan: "Qapalı olan Maraşın tamamilə istifadəyə açılacağını ümid edirik"
Prezident Rəcəb Tayyib Ərdoğan və Şimali Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ersin Tatar dünən Türkiyədən çatdırılan su kəmərinin təmir işlərindən sonra istifadəyə verilməsi mərasimində çıxış edib. Tatar "Xalqımız cümə axşamı günü Maraş çimərliyindən istifadə etməyə başlayacaq" deyib. Prezident Ərdoğan "Maraşın Şimali Kıbrıs Türk Cümhuriyyətinin ərazisi olması bir həqiqətdir. Maraşın sahil zolağının ictimaiyyətə təqdim edilməsi qərarını dəstəkləyirik. Ümid edirik ki, Maraş tamamilə istifadəyə veriləcəkk. Bu mövzuda Şimali Kıbrıs Türk Cümhuriyyəti səlahiyyətlilərinə hər cür dəstəyi verməyə hazırıq" deyib. 
"Haber Türk": "Çavuşoğlu: "Bütün dünya bunun belə getməyəcəyini anlamalıdır"
Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Azərbaycanın paytaxtı Bakıya səfəri zamanı Dağlıq Qarabağdakı münaqişələrlə bağlı açıqlamalar verib.
Çavuşoğlu "Məğlub vəziyyətə düşən Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir. Bu insanlıq cinayətidir, Ermənistanın çarəsiz vəziyyətə düşdüyünün sübutudur. ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr işğala məruz qalanla, işğalçı arasında fərq qoymur: Belə davam etməyəcəyini bütün dünya anlamalıdır. Ermənistan beynəlxalq hüququ tapdalayaraq Orta Şərq regionunda yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər. Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləməsi üçün Azərbaycanla birgə mübarizəmizi davam etdirəcəyik. dedi.
"Hürriyet": Prezidentin sözçüsü İbrahim Kalının açıqlaması
Prezident Aparatının sözçüsü İbrahim Kalın beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin nə vaxt azad ediləcəyinə dair bir cədvəli açıq şəkildə ortaya qoymasının vacibliyi və ATƏT-in Minsk Qrupunun bu mövzuda üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu ifadə edərək, “Bunu edə bilmirsə, lazım olsa Minsk Qrupurur yerinə başqa mexanizmlər, alternativ qurumlara müraciət edilməlidir" deyib.
"Vatan": Ukrayna 48 Türk SPUA-sı almağı planlaşdırır
Ukraynanın dövlət silah ticarəti şirkəti "Ukrspetseskport"un baş direktoru Vadim Nozdriya Ukraynada "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatının (SPUA) birgə istehsalında maraqlı olduqlarını ifadə edərək, 48 silah almağı planlaşdırdıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr