Türkiyə mətbuatı, 28 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1498434
Türkiyə mətbuatı, 28 sentyabr 2020

"Vatan": Azərbaycandan əks-hücum qərarı
Azərbaycan-Ermənistan xəttində isti toqquşma davam edir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə qarşı müharibə fəaliyyətini və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün cəbhə xətti boyunca əks-hücum qərarı verildiyini açıqladı. Qarşıdurmalar dünən səhər Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan cəbhə xəttindəki Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutmasından sonra başladı. Azərbaycan ordusu əks-hücuma keçərək bəzi yaşayış məntəqələrini işğaldan azad etdi.
"Haber Türk": Azərbaycana Türkiyədən tam dəstək
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistanın bölgədəki sülh və əmin-amanlığa ən böyük təhdid olduğunu bir daha nümayiş etdirdiyini bildirdi. Ərdoğan "Türk Milləti bu gün olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır" deyib.
"Sabah": Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindən Azərbaycana həmrəylik mesajı
Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezidenti Mustafa Akıncı Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını qınadı. Prezident Akıncı yazılı açıqlamasında, Ermənistan və Azərbaycan arasında on illərdir həll olunmayan Qarabağ münaqişəsinin bir daha isti bir qarşıdurmaya çevrildiyini qeyd etdi. Akıncı "Həmrəylik hisslərimizi dost və qardaş Azərbaycan xalqına Kıbrıs Türk xalqı adından çatdırardım" dedi.
"Yeni Şafak": Türkiyə Silahlı Qüvvələri (TSK) üçün yeni zenit topu 
"Türkiyə Silahlı Qüvvələri tamamilə yerli və milli qurğularla istehsal olunan və atış sınaqlarından uğurla keçən 25 millimetrlik zenit top sistemini inventarına əlavə etməyə hazırlaşır. Zirehli maşınlarda və uzaqdan idarə olunan silah qüllələrində istifadə edilə bilən silah, hər cür hava şəraitində və döyüş şəraitində əsas silah kimi edə biləcəkdir.
"Star": "TEKNOFEST 2020" uğurla tamamlandı
Bu il üçüncü dəfə təşkil edilən dünyanın ən böyük Aviasiya, Kosmik və Texnologiya Festivalı 'TEKONFEST 2020 Gaziantep' böyük coşğu ilə sona çatdı. 4 günlük texnologiya festivalı çərçivəsində 21 kateqoriyada təşkil edilən yarışmada qaliblərə mükafatları verildi. Festival zamanı "Türk Ulduzları" və "Solo Türkün" möhtəşəm şou uçuşları böyük heyranlıqla izlənildi. Heyecanlı anların şahidi olan "Atak" helikopterləri alqışla qarşılandı.



Әlaqәli Xәbәrlәr