Türkiyə mətbuatı, 10 sentyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1488014
Türkiyə mətbuatı, 10 sentyabr 2020

"Star": Şərqi Aralıq dənizində Türkiyənin olmadığı hər təşübbüsün nəticəsi uğursuz olacaq
Prezidentin köməkçisi Fuad Oqtay Türkiyənin Yunanıstan ilə Şərqi Aralıq dənizindəki mübahisəni icraedici şəkildə diplomatik yolla həll etmək üçün cəhd göstərdiklərini söyləyib. Şərqi Aralıq dənizində Türkiyənin olmadığı hər təşəbbüsün nəticəsinin uğursuz olacağını vurğulayan Oqtay ""Oruç Reis" seysmik araşdırma gəmimiz müəyyən edilən proqram çərçivəsində fəaliyyətlərini davam etdirir. Karbohidrogen fəaliyyətlərimiz özümüzün dənizdibi ərazimizdə və beynəlxalq hüquqa uyğun olaraq ədalət prinsipi çərçivəsində həyata keçirilmişdir və bundan sonra da eyni şüurla hərəkət edəcəyik" deyib.
"Vatan": Nazir Akardan alman həmkarı ilə Şərqi Aralıq dənizi görüşü
Milli Müdafiə naziri Hulusi Akar Almaniyanan Müdafiə Naziri Annegret Kramp-Karrenbauer ilə telefonla danışıb. Telefon söhbətində xüsusilə Şərqi Aralıq dənizindəki vəziyyə, ikitərəfli və regional müdafiə və təhlükəsizlik mövzularında fikir mübadiləsi aparılıb.
"Sabah": Nazir Çavuşoğlundan alman həmkarına:"İrqçilik və yabancı düşmənçiliyini ancaq birlikdə və qətiyyətlə məğlub edə bilərik" 
Xarici İşlər naziri Mövlud Çavuşoğlu 9 sentyabr 2000-ci il tarixində Almaniyanın Nurnberg şəhərində öldürülən Enver Şimşəkin ölüm ildönümündə həmkarı Hayko Maasın "Twitter" səhifəsindən etdiyi paylaşmaya "Hayko həssaslığınız üçün təşəkkür edirik, ancaq 20 ildə bu xəstəliklə mübarizədə elə çox irəliləyiş olmadığı bir həqiqətdir. İrqçilik və xarici düşmənçiliyini ancaq birlikdə və qətiyyətli şəkildə məğlub edə bilərik. 
"Hürriyet": Türkiyə 2021-ci ildə 5- faizdən çox böyüyə bilər
Xəzinə və Maliyyə naziri Berat Albayrak yeni koronavirus (Covid-19) epidemiyasının sürətindən asılı oladaq Türkiyə iqtisadiyyatının 2021-ci ildə 5 faizdən çox böyüyə biləcəyini bildirib. Bütün qabaqcıl göstəricilərin Türkiyə baxımından ən pis mərhələnin arxada qaldığını ortaya qoyduğunu ifadə edən Albayrak ilin ikinci yarısında sürətli bir yaxşılaşma gözlədiklərini söyləyib.
"Yeni Şafak": "Türksat 5A" ilin sonunda kosmosa göndəriləcək
"Türksat 5A" peyki bu ilin sonlarına doğru kosmosa göndəriləcək. "Türksat 5A"nın  istifadəyə verilməsilə yayımla yanaşı Türkiyə, Orta Şərq, Avropa, Şimali Afrika və Cənubi Afrika ətrafını da əhatə edə biləcək. "Türksat 5A" peyki Türkiyənin aktiv peyk donanmasında 4. peyki olacaq.



Әlaqәli Xәbәrlәr