Türkiyә mәtbuatı: 1 sentyabr 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1482481
Türkiyә mәtbuatı: 1 sentyabr 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Әrdoğan: ‘‘Ümid edirik ki, әn qısa müddәtdә Aralıq dәnizindә dә aparılan fәaliyyәtlәr müsbәt nәticәlәnәcәk’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Qiresun limanında tәşkil edilәn 2020-2021-ci illәr üzrә ov mövsümünün açılış mәrasimindә iştirak edib.

Mәrasimdә çıxış edәn Türkiyә prezidenti deyib: ‘‘Qara dәnizdә kәşf edilәn 320 milyard kubmetr tәbii qaz ehtiyatı  buranın yalnız içinin deyil, altının da çox bәrәkәtli olduğunu göstәrdi. ‘‘Oruç Reis’’ gәmimiz Şәqi Aralıq dәnizindәki seysmik kәşfiyyat  fәaliyyәtlәrini qәtiyyәtlә davam etdirir. Ümid edirik ki, әn qısa müddәtdә Aralıq dәnizindә dә aparılan fәaliyyәtlәr müsbәt nәticәlәnәcәk. Aralıq dәnizindә әn uzun sahil xәttinә malik ölkәmizi heç kim Antalya sahillәrinә hәbs edә bilmәz. Xalqımızın vә Kıbrısdakı türklәrin haqqlarını sonunadәk müdafiә etmәk mәsәlәsindә qәtiyyәtliyik''.

 

‘‘Haber Türk’’: Ömәr Çelik Yunanıstana Meis adası ilә bağlı reaksiya göstәrib

Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik Yunanıstanın Meis adasını silahlandırmaq cәhdinin  piratlıq nümunәsi olduğunu söylәyib.

Bu barәdә Ömәr Çelik rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Ömәr Çelik deyib: ‘‘Yunanıstanın Meis adasını silahlandırmaq cәhdi yeni bir piratlıq nümunәsidir. Türkiyәnin sahillәrinә silah istiqamәtlәndirmәk axılsızlıqdır.Yunanıstan hüquqa zidd bu addımı ataraq Egey vә Aralıq dәnizlәrindә pirat siyasәtinin  tәmsilçisi olub.Hüquqa әsaslanan diplomatik yolla problemlәri hәll etmәk әvәzinә pirat müqavilәlәrlә diplomatiyanı sabotaj edәn Yunanıstandır. Yunanıstanın bu addımları uğursuzluqla nəticəlәnәcәk. Yunanıstan problemlәri qanuni yolla hәll etmәk niyyәtindәdirsә Türkiyә әn etibarlı tәrәfmüqabildir. Türkiyә ilә danışıq aparmaq әvәzinә Fransa ilә tәlim keçirmәyә üstünlük verirsә bunun necә sәhv bir addım olduğunu görәcәk’’.


‘‘Hürriyet’’: Fәxrәddin Altun: ‘‘Papa Fransiskin Şәrqi Aralıq dәnizi ilә bağlı bәyanatını mәmnuniyyәtlә qarşılayıram’’

Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun dünәn rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda bu ifadәlәrә yer verib: ‘‘Papa Fransiskin Şәrqi Aralıq dәnizi ilә bağlı bәyanatını mәmnuniyyәtlә qarşılayıram. Türkiyә Yunanıstan başda olmaqla müvafiq ölkәlәrә beynәlxalq hüquqa riayәt etmәlәri ilә әlaqәdar çağırış edir. Aralıq dәnizi sülh vә sabitlik dәnizi olmalıdır’’.

‘‘Vatan’’:  Berat Albayrak bәyanatlar verib

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak ümumdaxili məhsul (ÜDM) nisbətinin dünya ölkələri ilə müqayisədə yaxşı  nәticәlәr verdiyini  ifadә edәrәk : ‘‘Türkiyә iqtisadiyyatının tәmәllәri möhkәmdir’’.

‘‘Star’’: Türkiyә Cümhuriyyәti Mәrkәzi Bankı ilә Liviya Mәrkәzi Bankı arasında anlaşma memorandumu imzalanıb

Türkiyә Cümhuriyyәti  Mәrkәzi Bankı ilә Liviya Mәrkәzi Bankı arasında mәrkәzi bank mәsәlәlәrindә әmәkdaşlığın inkişaf etdirilmәsinә zәmin hazırlamaq üçün anlaşma memorandumu imzalanıb.



Әlaqәli Xәbәrlәr