Türkiyә mәtbuatı: 14 avqust 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1472699
Türkiyә mәtbuatı: 14 avqust 2020

 

 Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Әrdoğan Şәrqi Aralıq dәnizindәki proseslәri qiymәtlәndirib.

Türkiyǝ prezidenti vǝ Әdalǝt vǝ İnkişaf Partiyasının sǝdri Rǝcǝb Tayyib Әrdoğan partiyasının mǝrkǝzi qǝrargahında Genişlǝndirilmiş Şǝhǝr Rǝhbǝrlǝrinin Toplantısında çıxış edib.

Әrdoğan çıxışında bu axşam Almaniya kansleri Angele Merkel vǝ Aİ Şurasının sǝdri Çarlz Mişel ilǝ görüşǝcǝyini deyib.

"Bizim problemimiz bəzi kəslər kimi kameralar qarşısında fotoşəkil çəkmək  deyil. Ölkǝmizin Şǝrqi Aralıq dǝnizindǝki haqq vǝ mənafelərini qorumaq üçün atdığı  addımlar hǝm daxili, hǝm dǝ xarici siyasǝtdǝ likmuz kağızına çevrilib. Aralıq dǝnizindǝ gǝrginliyin sǝviyyǝsini artıran Türkiyǝ deyil, Türkiyǝni vǝ Şimali Kıbrıs Türk Cümhuriyyǝtini heçǝ sayan Rum-Yunan zehniyyǝtidir. Bizim heç kimin haqqında gözümüz yoxdur, ancaq heç bir ölkǝyǝ dǝ bizim haqqımızı yemǝsinǝ icazǝ vermǝrik. Soydaşlarıma, qardaşlarıma hücum edǝnlǝr bilmǝlidir ki, buna görǝ  beynǝlxalq hüquq normaları çǝrçivǝsindǝ cavab verǝrlǝr.’’,-deyǝ Türkiyǝ prezidenti vurğulayıb.


‘‘Star’’: Hulusi Akar: ‘‘Heç kimin şübhәsi olmasın’’

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar dünәn Azarbaycanda verdiyi açıqlamada deyib: ‘‘“Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”.

“Bizim tariximiz, dilimiz, ürfanımız, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vaz keçilməzdir. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaqdır. Bundan heç kimin şübhəsi olmasın. Geosiyasi problemlərin, terrorun, qanunsuz miqrasiyanın və təhlükəsizlik qayğılarının sürətlə artdığı bir vaxtda Türkiyə və Azərbaycanın əməkdaşlığı son dərəcə əhəmiyyətlidir. Bu səbəblə can qardaşımız Azərbaycanla hər sahədə davam edən sağlam münasibətlərimizi daha da inkişaf etdirmək üçün çalışmalarımız artaraq davam etməkdədir. Türkiyə və Azərbaycan, köklü tarixi, dinamik əhalisi, hər ötən gün böyüyən iqtisadiyyatı və güclü ordusu ilə Qafqazda və bölgəmizdə sülh və sabitliyihn qarantı olmaya davam edəcəkdir. İcra edilən təlimlər də səylərimizin bir göstəricisidir”, - deyə Hulusi  Akar


‘‘Haber Türk’’: Nazir Pekcan: ‘‘Liviya ilә münasibәtlәrimiz baxımından çox әhәmiyyәtli bir sәnәdә imza atdıq’’

Türkiyә ilә Liviya arasında Türk şirkәtlәrinin Liviyada hәyata keçirdiyi layihәlәrdә yaşanan problemlәrin hәll edilmәsi vә davam etmәsini tәmin etmәk üçün müqavilә imzalanıb.

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan deyib: ‘‘Türkiyә ilә Liviya arasındakı ticarәt vә iqtisadi әlaqәlәr  baxımından çox әmiyyәtli sәnәdә imza atdıq’’.


‘‘Vatan’’: Bu robot bәdәn temperaturunu müәyyәn edir vә maska verir

Türkiyәnin Ordu şәhәrindә yerlәşәn  M.Hilmi Güler Elm  vә Sәnәt Mәrkәzinin 6 müәllimi yeni növ koronavirus epidemiyasına qarşı görülәn tәdbirlәr çәrçivәsindә bәdәn temperaturunu müәyyәn edәn  vә maska verәn robot yaradıb. Bu robot binaya daxil olanların bәdәn temperaturunu müәyyәn edir vә maska verir. Bәnәn temperaturu normal olanlara qapını açan robot bәdәn temperaturu yüksәk olanlara isә qapını açmayaraq lazımi şәxsә mesaj göndәrir.



Әlaqәli Xәbәrlәr