Türkiyə mətbuatı, 17 iyul 2020

“Haber Türk”, “Star”, “Vatan”, “Hürriyet” və “Sabah” bu gün nələrdən yazır?

1456853
Türkiyə mətbuatı, 17 iyul 2020

 

“Haber Türk”: Nazir Hulusi Akardan Ermənistana sərt reaksiya

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycana hücumlarını qınayaraq: “Bu açdıqları kumpasın altında qalacaq, boğulacaq və etdiklərinin hesabını mütləq ödəyəcəklər… Bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycana dəstək olmağa davam edəcəyik”.

“Star”: Əliyev “Bütün dünya Türkiyə ilə əsl qardaş olduğumuzu bir daha gördü" dedi

  Azərbaycan prezidenti İlham Əliyev Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanın yaşayış yerlərinin atəşə tutulması ilə bağlı: “Biz güclü bir ordu qurduq. Dağlıq Qarabağ mövzusunda geriyə bir addım belə atmayacağıq… Türkiyə xalqı və prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəklərə görə təşəkkür edirəm. Bütün dünya bizim əsl qardaş olduğumuzu bir daha gördü”.

“Vatan”: Antaliyaya mövsümün ilk ingilis turist karvanı gəldi

  Türkiyə ilə İngiltərə arasında yeni tip korona virusu (Covid-19) tədbirləri çərçivəsində fasilə verilən uçuşların yenidən başlamasıyla turizmdə bir canlılıq yaşanmağa başladı. “Covid-19” epidemiyası müddətində yaranan normallaşma nəticəsində turizm şəhəri Antaliyaya ilk ingilis turist karvanı gəldi.

“Hürriyet”: Rusiyalı turistlər Türkiyəyə axışacaq

  Türkiyəyə ən çox turist gələn ölkələr arasında birinci yerdə olan Rusiya ilə uçuşların yenidən başladığı müjdəsini nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu verdi.

  Uçuşların yenidən başlamasıyla Türkiyəyə gələn rusiyalı turistlərin sayında əhəmiyyətli artım yaşanacağı gözlənilir.

  Keçən il Türkiyəyə 7 milyon turist gəlmiş və bunun 6 milyonu Antaliyanı seçmişdi.

“Sabah”: Türkiyə Hava Yolları (THY) ən çox uçuş reallaşdıran ikinci hava yolu oldu

  Korona virusuna görə xarici səfərlərini təxirə salan və 11 iyundan təkrar başlayan THY 15 iyul günü reallaşdırdığı 568 uçuşla Avropanın ən çox uçuş reallaşdıran ikinci hava yolu şirkəti oldu. İstanbul Havalımanı isə 421 uçuşa ev sahibliyi edərək Avropanın ən sıx havalimanları arasında dördüncü sayıldı.



Әlaqәli Xәbәrlәr