Türkiyə mətbuatı, 16 iyul 2020

“Haber Türk”, “Hürriyet”, “Vatan”, “Yeni Şafak” və “Star” bu gün nələrdən yazır?

1456271
Türkiyə mətbuatı, 16 iyul 2020

 

“Haber Türk”: Prezident Ərdoğandan 15 İyul Xalqa Səsləniş nitqi  

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Xalqa Səsləniş nitqi söyləyərək dedi: “15 İyul gecəsi azadlıq aşiqi bu millətə zəncir vurmağı təkrar sınadılar və şükürlər olsun ki, bacara bilmədilər. 15 iyul 2016-cı ildə millətimizin hər bir fərdi azanı, bayrağı, azadlığı və gələcəyi üçün məğlubolummaz qəhrəmana çevrilə biləcəyini isbat etdi”.

“Hürriyet”: Ayasofyada 15 İyula ithaf xoreoqrafiya nümayişi

  Türkiyə Prezident Aparatı Mətbuat Xidməti tərəfindən 15 İyul münasibətilə Ayasofya önündəki meydanda 100 nəfərlik xoreoqrafiya nümayişi təqdim olundu. “Unutma, unutdurma” başlıqlı təqdimat yerli və xarici turistlər tərəfindən maraqla izlənildi.

  15 İyul tədbirləri çərçivəsində İstanbul Boğazında 200 pilotsuz uçan aparatla (PUA) işıq nümayişi də reallaşdırıldı ki, bu, İstanbulun bir yerindən seyr edildi.

“Vatan”: İngiltərənin müdafiə naziri “Türkiyə oyun dəyişdiricidir" dedi

  İngiltərənin müdafiə naziri Ben Uolles (Ben Wallace) Türkiyənin pilotsuz uçan aparatlarını (PUA) Liviya və Suriyada təsirli şəkildə istifadə etməsinin “oyun dəyişdirici” xüsusiyyət daşıdığını bildirdi.

  Hava və Kosmos Qüvvələri Konfransında çıxışı zamanı Uolles PUA mövzusunda Türkiyəni nümunə göstərdi, İngiltərə və başqa ölkələrin bundan dərs almalı olduğunu söylədi və “Türkiyənin “Bayraktar TB-2”ləri Liviyada necə istifadə etdiyinə baxın” dedi.

“Yeni Şafak”: Yerli avtomobil fabrikinin təməli şənbə günü atılacaq

  Türkiyədə yerli və milli avtomobil fabrikinin təməli ölkə başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən şənbə günü (18 iyulda) atılacaq.

  Türkiyənin yerli avtomobil fabriki Bursanın Gemlik qəsəbəsində qurulacaq və 4323 nəfəri işlə təmin edəcək.

“Star”: Amerikanın süni zəka nəhəngi “Afiniti” Türkiyəni seçdi

  Amerikanın süni zəka nəhəngi “Afiniti” Türkiyəyə sərmayə qoymaq qərarı aldı.

  “Afiniti” Türkiyə mərkəzinin qurucularından olan şirkətin Qlobal Texnologiya Əməliyyatları şöbəsinin rəhbəsi Ömər Akkentli Türkiyəni şirkətin texnologiya əsaslarından biri olaraq mövqeləndirməyi hədəfə aldıqlarını bildirərək deyib: “Türkiyə bir sıra işlərdə inkişaf edib. Bu baxımdan rəqəmsal bankçılıq və gənclərin rəqəmli təcrübələrdən rahat istifadə edə bilmədi üçün Türkiyə olduqca yaxşı mühitdir”.



Әlaqәli Xәbәrlәr