Türkiyǝ mǝtbuatı: 13 iyul 2020

Türkiyǝ mǝtbuatında bu gün dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1453964
Türkiyǝ mǝtbuatı: 13 iyul 2020

 

Türkiyǝ mǝtbuatında bu gün dǝrc olunan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

 

‘‘Hürriyet’’: Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Ayasoyfa ilǝ bağlı açıqlama verib.

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Ayasofyanın yenidǝn ibadǝtǝ açılması ilǝ bağlı qǝbul edilǝn qǝrar ilǝ bağlı deyib: ‘‘Ayasofyanın statusu ilǝ bağlı son qǝrarı verǝcǝk olan başqaları deyil, Türkiyǝ xalqıdır. Bu bizim daxili mǝsǝlǝmizdir. Digǝr ölkǝlǝr qǝbul edilǝn qǝrara hörmǝtlǝ yanaşmalıdırlar’’.

 

‘‘Star’’: Mövlud Çavuşoğlu Liviya ilǝ bağlı bǝyanat verib.

Türkiyǝnin xarici işlǝr naziri Mövlud Çavuşoğlu ‘‘Financial Times’’ a verdiyi müsahibǝdǝ Liviya hökumǝtinin ölkǝnin şǝrqindǝni qeyri-qanuni silahlı qüvvǝlǝrin lideri Xǝlifǝ Hafterǝ sadiq qüvvǝlǝrin Sirte vǝ Cufra bölgǝlǝrindǝn çıxacağı tǝqdirdǝ atǝşkǝsi qǝbul edǝcǝyini bildirib. Çavuşoğlu Hafterǝ sadiq qüvvǝlǝrin bu bölgǝdǝn çıxmayacağı halda Liviya hökumǝtinin hücumu davam etdirmǝk mǝsǝlǝsindǝ qǝtiyyǝtli olduğunu deyib.

 

‘‘Vatan’’: Türkiyǝ ilǝ Körfǝz ölkǝlǝri arasında virtual ticarǝt körpüsü yaradılacaq.

Ticarǝt Nazirliyi Dubaydakı  ticarǝt attaşe aparatının tǝşǝbbüsü ilǝ Körfǝz ölkǝlǝri ilǝ Türkiyǝ arasında  regional bazarları, elektron  ticarǝt platformalarını hǝdǝflǝyǝn virtual ticarǝt körpüsü yaradacaq.

 

‘‘Sabah’’: Müdafiǝ Sǝnayesinin rǝhbǝri M60TM tankları ilǝ bağlı bǝyanat verib.

Müdafiǝ Sǝnayesi İdarǝsi  Türkiyǝ Silahlı Qüvvǝlǝrinin inventarındakı bütün M60T tanklarını M60TM konfiqurasiyasına yüksǝldib. Müdafiǝ Sǝnayesinin rǝhbǝri İsmail Demir deyib: ‘‘Tankları aktiv qoruma sistemləri ilə modernləşdirǝn dünyanın üç ölkəsindən biri olduq’’.



Әlaqәli Xәbәrlәr